XİN başçısı: “Azərbaycanla Gürcüstan arasında sərhəd məntəqələrinə dair sazişi yüksək qiymətləndirirk”

2022/04/1651050664.jpg
Oxunub: 577     13:05     27 Aprel 2022    
“Ölkələrimiz arasında ikitərəfli formatda iqtisadi əlaqələr mövcuddur”.

Ordu.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.

Nazir bildirib ki, bununla yanaşı, ölkələrimiz çoxtərəfli layihələrdə də tərəfdaşdır: “Bakı-Tblisi-Qars, Bakı-Tblisi Ərzurum layihələri bizim münasibətlərin uğuru kimi qiymətləndirə bilərik. Bakı-Tblisi-Qars tarixi əhəmiyyətə malikdir. Mövcud vəziyyət Şərq-Qərb dəhlizinin önəmini daha da artırır. Bu baxımdan burada görülən çoxsaylı işlərdən danışırdıqsa, 2021-ci ildə bu kimi marşrutların uğurlu inkişaf etdirilməsi üçün ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın çox böyük önəmi var. Bu baxımdan Azərbaycan və Gürcüstan arasında imzalanan sərhəd məntəqələrinə dair sazişin əhəmiyyətini çox yüksək dəyərləndiririk. Bu saziş logistika, tranzit sahəsində məsələləri inkişaf etdirməyə böyük töhfə verəcək”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin