Türkiyənin ilk milli ağır sinif torpedosu – AKYA

2022/01/akya-1641360673.jpg
Oxunub: 1104     17:45     07 May 2022    
2009-cu ildə başlayan layihə çərçivəsində ROKETSAN tərəfindən hazırlanan “Akya” torpedosu sualtı və ya yerüstü hədəflərin məhv edilməsi üçün sualtı platformalar tərəfindən istifadə ediləcək.

“Akya” tamamilə milli resurslarla inkişaf etdirilmiş, müxtəlif sinfə məxsus sualtı və suüstü hədəfləri vurmaq qabiliyyətinə malik yeni nəsil ağır sinif torpedodur. “Akya” yüksək sürətli, uzun məsafəli, aktiv/passiv sonar başlığına, daxili və fiber optik kabel üzərində xarici bələdçilik xüsusiyyətinə malikdir. Bundan əlavə, suüstü hədəflərə qarşı hədəf izləmədən də istifadə olunur.

ROKETSAN 2021-ci ildə “Akya” təlim torpedosu tədarüklərinə başlayıb. İlk dəfə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan “Preveze” Sinif Sualtı Qayıqlarda istifadə edilən “Akya” Torpedo Milli Sualtı Döyüş İdarəetmə Sistemi “Müren” vasitəsilə 2022-ci ilin mart ayında uğurlu atış həyata keçirib.

“Akya” Müharibə Torpedosu tədarüklərinin isə 2022-ci ildə başlanması gözlənilir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında olan Almaniya istehsalı DM2A4 və ABŞ istehsalı Mk46 torpedolarına bənzər və hətta üstün xüsusiyyətlərə malik olan “Akya” ağır sinif torpedosunun “Gur” və “Rəis” sinfinə məxsus sualtı platformalara inteqrasiya ediləcəyi gözlənilir. Ağır sinif torpedoların xaricdən gətirilməsində yaşanan çətinliklər də “Akya” ilə aradan qaldırılır.

Bu günə qədər “Akya” ilə 60-dan çox atış sınağı həyata keçirən ROKETSAN-ın qəbul fəaliyyətləri çərçivəsində “Döyüş Torpedosu ilə Hədəf Platforması üçün Partlatma Testi” həyata keçirdiyi təxmin edilir.

“Akya” ağır sinif torpedonun texniki xüsusiyyətləri
Mənzil: 50+ km
Sürət: 45+ düyün
Hədəflər: Sualtı qayıqlar, suüstü gəmilər
İzləmə: Akustik əks-tədbir qabiliyyətinə malik aktiv/passiv sonar başlığı
İzləmə rejimi: Daxili izləmə, fiber optik kabel ilə izləmə, xarici izləmə
Döyüş başlığı: Zərbəyə həssas olmayan döyüş başlığı


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akya   Torpedo  


Bizi "telegram"da izləyin