MAQATE-nin baş direktoru: "Çernobıl AES-də radiasiyanın "anomal" səviyyəsi qalır"

2022/03/1647510296.jpg
Oxunub: 674     19:11     26 Aprel 2022    
Çernobıl Atom Elektrik Stansiyasında Ukraynadakı müharibə və ərazidə hərbi texnikanın olması səbəbindən radiasiya səviyyəsi artıb.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.

Agentlik rəhbəri Rusiyanın hərbi müdaxiləsindən sonra bir neçə həftə döyüşlərin getdiyi Çernobıl AES-də radiasiyanın səviyyəsini “anomal” adlandırıb.

Qrossi deyib ki, Rusiyanın bu obyekti həftələrlə işğal altında saxlaması çox təhlükəlidir.

Xatırladaq ki, Ukrayna MAQATE-yə Rusiya ilə müharibə zamanı atom elektrik stansiyalarının istismarı üçün lazım olan avadanlığın tam siyahısını dəvət edib. Siyahıya radiasiya ölçən cihazlar, qoruyucu materiallar, kompüter yardımı, enerji sistemləri və dizel generatorları daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MAQATE   Çernobıl  


Bizi "telegram"da izləyin