“Baş nazirin fikrincə, Qarabağ qismən yox, tam şəkildə Azərbaycana verilib” - Sasunyan

2022/01/harca-1642587808.jpg
Oxunub: 590     11:25     26 Aprel 2022    
“ATƏT-in Minsk qrupu əslində müharibədən bəri mövcud olmayıb, amma dağıdıcı müharibədən sonra belə pis vəziyyətdə olduğumuza, başqa işimiz olmadığına görə Baş nazir davamlı olaraq Minsk qrupundan danışır, deyir ki, nəsə gələcək”.

Ordu.az xəbər verir ki, bunu “The California Courier” nəşrinin naşiri və baş redaktoru Harut Sasunyan deyib.

Onun sözlərinə görə, bu, boğulan adamın boğulmamaq üçün budağa yapışmasına bənzəyir.

“Əslində Minsk qrupu yoxdur. Hətta Lavrov belə artıq Minsk qrupunun olmadığını bəyan edib. Müxtəlif ölkələr nəsə etməyə cəhd edə bilər, lakin Baş nazirin ötən həftə parlamentdə bəyan etdiyi kimi, beynəlxalq birlik deyir ki, Qarabağın statusunu aşağı salın. Yəni çox aydındır ki, Baş nazirin fikrincə, Qarabağ qismən yox, tam şəkildə Azərbaycana verilib. Həm Qarabağda, həm də Ermənistanın sərhədlərində davamlı toqquşmalar olur. Rusiya sülhməramlılarının çıxacağı gün gələndə hər şey bitəcək. İlham Əliyev də, Paşinyan da o günün gəlməsini gözləyir. İlham Əliyev artıq Qarabağ məsələsini həll etdiyini elan edir, Paşinyan isə rusların gedib Qarabağı Azərbaycana təhvil verməsini gözləyir. Minsk qrupu mövcud olsaydı, üç həmsədr ölkənin nümayəndələri birlikdə Azərbaycana və Ermənistana gələrdilər, bəzi məsələləri həll etməyə çalışardılar, vasitəçilik edərdilər. Amma belə bir şey olmur. Üçü də müharibədən sonra Azərbaycana və Ermənistana gəlməyib”, - deyə Sasunyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   ATƏT  


Bizi "telegram"da izləyin