“Bəziləri bu ağır vəziyyətdə belə “keçmiş-indiki” xəyali, daxili qarşıdurmadadır” - Sahakyants

2022/04/timth-1650710135.jpg
Oxunub: 327     14:40     23 Aprel 2022    
“Hamımız daha sürətli həllər gözləyirik, təsəvvür etdiyimiz kimi yaxşı bir həll gözləyirik, amma başa düşürük ki, bir çox mümkün faktorlar var, biz çox ehtiyatla “addımlamalı” və bu çətin yolu daha düzgün keçməliyik, diqqətli olmalıyıq”.

Ordu.az xəbər verir ki, bunu erməni rejissor Davit Sahakyants Ermənistanda keçirilən mitinqləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda hamı sürətli inkişafı gözləyir, lakin prosesin ləngiməsinin subyektiv səbəbləri var.

“Cəmiyyətimiz nəzərəçarpacaq barışıq nöqtələrini tapıbmı? Bəziləri Azadlıq meydanına getmir, çünki orada bir “x” və ya “y” siyasətçi var, bəziləri bu ağır vəziyyətdə belə “keçmiş-indiki” xəyali, daxili qarşıdurmadadır. İndi elə bir mərhələdəyik ki, milli səhvlərimizi düzəltməliyik”, - deyə Sahakyants bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin