Türkiyənin ilk yerli TG-40BA qumbaraatanları təhvil verilib - VİDEO

2022/04/Ekran-1650699298.jpg
Oxunub: 8902     16:33     23 Aprel 2022    
Türkiyənin yerli istehsal olan və birdən çox döyüş sursatı növü atmağa qadir olan ilk çoxmərmili TG40-BA qumbaraatanlarının ilk tədarükləri həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

“TG Defence” tərəfindən hazırlanan qumbaraatan TG40-BA Türkiyə silah sənayesinin xarici asılılığına son qoymaq baxımından çox əhəmiyyətli bir məhsuldur.

“Bütün silah sistemlərində xarici asılılığa son qoymaqda qərarlıyıq. İlk qumbaraatanımız TG40-BA birdən çox döyüş sursatı növünü atəşə tuta bilir, tənzimlənən optik nişangah və effektiv atəşə malikdir”, - deyə o qeyd edib.

TG40-BA qumbaraatanları “TG Defence” tərəfindən hazırlanıb və onun kvalifikasiya sınaqları uğurla başa çatıb. 40 mm barabanlı qumbaraatanda 40×46 mm aşağı sürətli və 40×51 mm orta sürətli sursatdan istifadə edilə bilər.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qumbaraatan  


Bizi "telegram"da izləyin