“Putinlə istənilən bəyanat Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradır” - Sakunts

2021/11/arthu-1636798801.jpg
Oxunub: 1396     11:23     22 Aprel 2022    
“Putinlə istənilən bəyanat Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradır”.

Ordu.az xəbər verir ki, bunu Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts “Facebook” səhifəsində yazıb.

“Paşinyan və Putinin 19-20 aprel 2020-ci il tarixlərindəki görüşün yekunu olaraq qəbul etdiyi bəyanatda belə bir ifadə var: “Erməni və rus cəmiyyətləri arasında daimi əsasda dialoqun qurulmasına yardım etmək qərara alınıb”. İndi düşünürəm ki, bizim rusiyalı hüquq müdafiəçiləri Putin tərəfindən “inostranniy agent” kimi tanınsa, o cəmiyyətə necə daxil ola bilərlər? Onları daxil etmək mümkün olmadığından, biz də daxil ola bilmərik, çünki o yanaşmaya görə, Putin bizi “inostranniy agent” hesab edir. Nəticədə Putinin yanaşması və qərarı avtomatik olaraq Ermənistana da şamil olunacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ermənistan  


Bizi "telegram"da izləyin