Keçmiş erməni deputat: “Aksiya Rusiya səfirliyi və ya Gümrü hərbi bazasının qarşısında keçirilməlidir”

2022/04/azat_-1650609770.jpg
Oxunub: 492     13:55     22 Aprel 2022    
“Mənim üçün müxalifətin Azadlıq meydanında təşkil etdiyi aksiyalar başa düşülən deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan deyib.

Onun sözlərinə görə, aksiya Rusiya səfirliyi və ya Gümrü hərbi bazasının qarşısında keçirilməlidir.

“Əks halda müxalifətin bu addımı anlaşılmazdır”, - deyə Arşkayan qeyd edib.

Arşakyan Paşinyanın Moskva səfərinə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığına toxunaraq qeyd edib: “Mişel açıq şəkildə bildirdi ki, küncə sıxışdırılmaqdan qorxmamalısınız. Paşinyan Putinə başa salmalıdır ki, sən batırsan, erməni xalqını burax. Qoy dünya adından Putinə müraciət etsin, bu müharibəni dayandırsın”.

Erməni rejissor Hrant Vardanyan isə vurğulayıb ki, Ermənistanın acınacaqlı məhbus statusu var.

Rejissorun sözlərinə görə, ermənilər daim diqqətlərini yayındırırlar: “Koloniyada hakimiyyət dəyişikliyini təklif etmirlər, koloniyanın rəhbəri dəyişməlidir, dəyişikliklər məhbuslardan asılıdır. Biz cəmiyyət olaraq təhrif olunmuşuq”.

Vardanyan qeyd edib ki, Ermənistan cəmiyyəti xəstədir, onun müalicəyə ehtiyacı var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin