Ordu.az xəbər verir ki, bu barədə “The California Courier” nəşrinin naşiri Harut Sasunyan öz məqaləsində yazıb.
Onun sözlərinə görə, 2020-ci ildə baş vermiş fəlakətli Qarabağ müharibəsindən bəri dəfələrlə deyib ki, Paşinyan Ermənistanı idarə etmək üçün çox səriştəsizdir.
“O, Qarabağın əksər hissəsində minlərlə erməni gəncin itkisinin səbəbkarı oldu. Məğlub və psixoloji cəhətdən əzilmiş lider kimi ölkəyə dəymiş ziyanı bərpa etmək iqtidarında deyil. Vəziyyət günü-gündən pisləşir. Biz əsasən Qarabağı itirmişik, növbəti Ermənistandır. Bununla belə, Paşinyan kreslosundan yapışaraq, tək hakimiyyət bərqərar edərək istefa verməkdən imtina edir. Qəribədir ki, 4 il əvvəl o, hakimiyyəti ələ alanda hakimiyyətin xalqa məxsus olduğunu bəyan etmişdi”, - deyə Sasunyan qeyd edib.
Sasunyan vurğulayıb ki, Paşinyandan mümkün qədər tez qurtulmaq üçün hər şey edilməlidir, çünki o, kreslosunu Ermənistanın maraqlarından üstün tutaraq istefa verməkdən imtina edir və bu edilməzsə, Qarabağdan sonra növbə Ermənistana çatacaq.
Alpər Mövludoğlu
Ordu.az