Əməkdaşlıq proqramı – Paşinyanın devrilməsinin başlanğıcı?

2022/04/timth-1650535261.jpg
Oxunub: 593     16:55     22 Aprel 2022    
Paşinyanın Rusiyaya səfəri zamanı yayılmış birgə bəyanat Ermənistan baxımından bunu kimin həyata keçirəcəyi sualını gündəmə gətirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerkir.am” nəşri yazıb.

Qeyd olunub ki, Paşinyan bunu bir sadə səbəbdən öz komandası ilə həyata keçirməyəcək.

“Bu qrup bu günə kimi həm birbaşa, həm də dolayı yolla (parlamentdənkənar müxtəlif “qüvvələr”, “əyri” və konspirativ layihə qüvvələri vasitəsilə) həmin bəyanatın hərfinə və ruhuna 180 dərəcə zidd olaraq anti-Rusiya siyasəti həyata keçirib. Əgər Paşinyanın komandasının bəyanatdakı məqamları götürüb davamlı şəkildə həyata keçirəcəyinə inanan varsa, deməli, o, ən azından ya sadəlövhdür, ya da cahildir. Kim şərhə inanmırsa, 30 bəndlik bəyanatı bir daha oxusun, onu “Vətəndaş Müqaviləsi” deputatlarının və Nikol hökumətinin əsas oyunçularının siyasi davranışının, o komandanın tutduğu yolun yanına qoysun. Bəyanatda qeyd olunan Ermənistan-Rusiya münasibətlərinin inkişafı üçün həqiqətən dərin və əhatəli proqram Nikolun hakimiyyətdə olacağı təqdirdə arxiv bəzəyi kimi qalacaq. Bəyanatda qeyd olunan Ermənistan-Rusiya münasibətlərinin inkişafı üçün həqiqətən dərin və hərtərəfli proqram həyata keçiriləcək, onu Nikol deyil, tamam başqa hökumət həyata keçirəcək”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin