Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, siyasi sahədə aktiv proseslər gedir və bu proseslərin məqsədi Paşinyanın irəli sürdüyü gündəmə qarşı çıxmaqdır.
“Məlumat var ki, Bako Sahakyan və Arkadi Qukasyan son günlər fəallaşıblar, Qarabağda müxtəlif siyasi qüvvələr, xadimlər və fəallarla görüşüblər, birləşmə prosesinə başlamağa çalışırlar. Arayik Harutyunyan onlara bir daha söz verib ki, Nikol Paşinyanın qəbul etdiyi kursu dəstəkləməyəcək. Əldə etdiyimiz məlumata görə, Paşinyana qarşı konsensusun formalaşmasında Arayik Harutyunyana yaxın olan Artur Tovmasyan fəal rol oynayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az