“Oskanyan bu gün nəyəsə yox demək şansının nə qədər kiçik olduğunu tam dərk etmir” - ERMƏNİ SİYASİ XADİMLƏR

2020/03/Untit-1585478517.jpg
Oxunub: 692     17:55     19 Aprel 2022    
“Güman edirəm ki, Vardan Oskanyanın məqaləsi bu gün Ermənistanda ən qızğın müzakirə mövzusuna çevriləcək”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, ABŞ-ın Liha Universitetinin professoru Arman Qriqoryan “Facebook” səhifəsində yazıb.

“Qaliblər öz mövqelərinin başqa bir inkaredilməz sübutu kimi həmin məqalədən sitat gətirəcəklər. Mənə elə gəlir ki, cənab Oskanyan bu gün Ermənistanın nəyəsə yox demək şansının nə qədər kiçik olduğunu tam dərk etmir”, - deyə o bildirib.

Ermənistan parlamentinin keçmiş deputatı Vahram Atanesyan “Facebook” səhifəsində bildirib ki, Vardan Oskanyanda çox bacarıqsız bir saxtakarlıq alınıb.

“Keçmiş xarici işlər naziri Vardan Oskanyan yazır ki, Ermənistan konstitusiyasına zidd olduğu üçün Azərbaycanla onun təklif etdiyi prinsiplər əsasında sülh sazişi imzalanmamalıdır. O, haqlıdır. Bəs on il Ki-Uest və ya Madrid prinsipləri ilə bağlı danışıqlar aparanda bilmirdimi ki, Azərbaycan bu prinsiplər əsasında saziş imzalamayacaq, çünki bu halda da Azərbaycan Konstitusiyasına dəyişiklik etmək lazım gələcək?”, - deyə Atanesyan vurğulayıb.

Erməni ictimai xadim Harut Uloyan “Facebook” səhifəsində yazıb: “Robert Köçəryanın dönəmində Ermənistanın xarici işlər naziri postunu tutan Vardan Oskanyan növbəti məqalə dərc edib. O, Köçəryanın dövründəki danışıqların sənədlərinin məzmununu növbəti dəfə saxta manipulyasiya edir.

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Arusyak Culhakyan isə “Facebook” səhifəsində vurğulayıb ki, Oskanyan öz məqaləsi ilə sülh müqaviləsinin imzalanmasına qarşı çıxır.

“Məgər keçmiş nazir və bir zamanlar danışıq aparmış şəxs inciklikləri unudub?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin