Bakıda qumbara aşkarlanıb

2022/04/e49b3-1650355019.jpg
Oxunub: 354     11:35     19 Aprel 2022    
Bakıda əl qumbarası aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, "Qanun Nəşriyyatı"nın yanında təmizlik işləri aparan fəhlə əl qumbarası tapıb.

Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

FHN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib: "Araşdırma zamanı müəyyən edilib ki, təlim üçün nəzərdə tutulmuş F-1 əl qumbarası imiş".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Qumbara  


Bizi "telegram"da izləyin