Ordu.az xəbər verir ki, bunu hərbi-dəniz qüvvələri üzrə ekspert Q.İ.Satton bildirib.
O, Rusiya Müdafiə Nazirliyinin “Moskva” kreyserinin 240-a yaxın hərbçi ilə Krımda təşkil edilən görüşün videosunu təhlil etdikdən sonra belə qənaətə gəlib.
Müəllif sağ qalmış dənizçilərin qarşılandığı Sevastopolda yerləşən parad meydançasının yerini müəyyənləşdirib. Parad meydançasındakı işarələrin sayından Satton görüşdə 90-a yaxın zabit, gizir və 130 hərbi qulluqçunun iştirak etdiyini bildirib.
“Ekipaj üzvlərindən bəziləri yaralana bilər və onların bəzilərinin öldüyünü güman etmək olar. Bundan başqa, bəzi rusların Türkiyə və ya digər gəmilər tərəfindən xilas edildiyi barədə məlumatlar var. Əgər belədirsə, o zaman onlar da parad meydançasında olmaya bilər”, - deyə ekspert yazıb.
Görüşün gəminin batmadan sonra baş tutması aprelin 15-də peyk çəkilişləri ilə təsdiqlənir.
Sevinc Əliyeva
Ordu.az