Şimali Koreya nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb

2022/01/e532e-1641446398.jpg
Oxunub: 351     07:42     18 Aprel 2022    
Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi KCNA xəbər agentliyi məlumat yayıb.

“Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir”, - KXDR bildirib.

Cənubi Koreya ordusu şımalın dənizə qısa mənzilli iki raket buraxdığını təsdiqləyib.

BBC qeyd edir ki, yeni sınaqlar KXDR-in yaxın gələcəkdə taktiki nüvə silahlarını sınaqdan keçirməyi planlaşdırdığına sübut ola bilər.

Qeyd edək ki, aprelin 18-də ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri də start götürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə  


Bizi "telegram"da izləyin