“Azərbaycan hətta mədəni muxtariyyət statusundan da imtina edəcək” – ERMƏNİ EKSPERTLƏR

2021/08/29888-1628936677.jpg
Oxunub: 2829     16:45     15 Aprel 2022    
“Nikol Paşinyan 30 ildən sonra eyni sözləri təkrarlayıb”.

Ordu.az xəbər verir ki, bunu hərbi və milli təhlükəsizlik üzrə erməni ekspert Hraçya Arzumanyan deyib.

Onun sözlərinə görə, Paşinyan ictimai əhval-ruhiyyəni yoxlayır.

“Ola bilər ki, Paşinyan oynayır, amma beynəlxalq ictimaiyyət onu ciddi qəbul edəcək. Qarabağı itirsək, Zəngəzuru da itirəcəyik. Biz xalqı müharibə ilə qorxutmamalıyıq, biz müharibə vəziyyətindəyik”, - deyə Arzumanyan qeyd edib.

Erməni ekspert bildirib ki, Ermənistan Rusiya-Türkiyə məcburiyyətini yerinə yetirir.

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Arusyak Culhakyan qeyd edib ki, Nikol Paşinyan çox mühüm söhbət açıb və bu, Ermənistanı qarşıdurmaya aparır.

Culhakyan xatırladıb ki, Ermənistanın strateji müttəfiqi həm də Azərbaycanın strateji müttəfiqidir və Ermənistan çətin dilemma qarşısındadır.

Erməni politoloq Edvard Antinyan vurğulayıb ki, Paşinyanın çıxışını səmimi qiymətləndirir: “Paşinyan baş verənləri səmimi şəkildə dedi. Baş nazir vaxt qazanır. Niyə qəti şəkildə Qarabağın Azərbaycanın bir hissəsi olmayacağı elan edilir? Ermənistanın Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olub-olmadığına aydın şəkildə qərar verilməlidir”.

Erməni politoloq Hayk Sukiasyan qeyd edib ki, Qarabağı talayıblar, indi də müharibəyə cəlb etməyə çalışırlar.

O qeyd edib ki, Qarabağ məsələsinin bir həlli var, o da hərbi həldir: “Hakimiyyət dövlətimizin potensialını nəzərə alıb. Biz adekvat olmalıyıq, hakimiyyət vaxt qazanır. Məsələ erməni-azərbaycanlı deyil, dərinlik Rusiyadadır”.

Erməni politoloq Jirayr Əzizyan vurğulayıb ki, Paşinyanın bəyanatı əsaslı deyil, o, beynəlxalq ictimaiyyəti rədd edə bilər: ““Çubuğu” aşağı salmağın, Madrid prinsiplərinə qayıtmağın və ya daha təhlükəli vəziyyətin nə demək olduğunu başa düşmək lazımdır. Bu “çubuq” Madrid prinsiplərindən aşağı olacaq. Azərbaycan hətta mədəni muxtariyyət statusundan da imtina edəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin