“1in.am”: Ermənistanla seperatçılar arasında qarşıdurma pik həddə

2021/02/Nikol-1614332029.jpg
Oxunub: 1112     17:58     15 Aprel 2022    
Aprelin 14-də separatçıların “rəhbəri” Arayik Harutyunyan “keçmiş rəhbərlər” Bako Sahakyan və Arkadi Qukasyan ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Qeyd olunub ki, verilən açıqlamaya əsasən, qarşıda duran əsas xarici və daxili çağırışlar və onların aradan qaldırılması yolları müzakirə edilib.

“Ötən gün Arayik Harutyunyanın iki görüşü barədə məlumat yayılıb. Məlumata görə, görüş iştirakçıları Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışında Qarabağın statusu ilə bağlı səsləndirdiyi fikirlərdən narahat olduqlarını bildiriblər. İşgüzar görüş zamanı Arayik Harutyunyan ictimai narahatlıqlardan danışaraq qeyd edib ki, ictimai tələbin ödənilməsi üçün müvafiq addımlar atılmalıdır. Bütün bunlardan sonra Arkadi Qukasyan və Bako Sahakyanla görüş təşkil edilir. Bu görüş bir sıra suallar yaradır, bu suallardan biri də odur ki, məgər Qukasyan və Sahakyan, belə desək, Ermənistanın keçmiş hökumətinin qondarma “elçiləri” Qarabağın “keçmiş rəhbərləri”ndən daha çoxdur? Sual yaranır ki, hazırda hansı rol və resurslarla vəziyyəti müzakirə etmək üçün “rəhbər”lə görüşürlər? Şübhə yoxdur ki, çətin xarici vəziyyət, çağırışlar şəraitində Qarabağ (qondarma qurum – red.) və Ermənistanın “monolit” davranışı “birləşmiş qüvvələrin” “mənbəsi” olmayacaq, əksinə, məhdudlaşdırıcı qüvvənin “mənbəsi” olacaq. Digər tərəfdən, hər hansı bir şəkildə qarşıdurma təhlükəli olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Separatçılar  


Bizi "telegram"da izləyin