O qeyd edib ki, Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanması planların bir hissəsidir: “Mən Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi hazırlığına başlayacağına razılaşdım”.
Növbəti mesaj ondan ibarətdir ki, sülh prosesi dalana dirənə bilər, hər şeyə hazır olmaq lazımdır.
“Prosesdə müəyyən irəliləyişi təmin etməsək, müharibə təhlükəsi daha böyükdür”, - deyə o qeyd edib. Onun sözlərinə görə, riskləri hesablayıblar.
“Hraparak” nəşri yazır ki, Paşinyan hökuməti indiyədək adekvat hesablamalar aparmayb, riskləri dəyərləndirə bilməyib.
“Aşağıda Azərbaycanın danışıqları dayandırmaması üçün nə etməli olduqları təsvir edilir.
Bunun üçün biz “delimitasiya prosesində istək və söhbətlərə deyil, Ermənistan ərazisinin aydınlaşdırılması üçün de-yure vacib olan faktlara əsaslanmalıyıq”. Əgər insan dili ilə desək, 1970-ci ildə Sovet Ermənistanı tarixində bizə tətbiq edilən Azərbaycanın xəritəsi və ya “Google Map” və GPS-in məlumatları sərhədlərin müəyyənləşdirilməsinin əsasını təşkil edəcək. Hansı ki, anklavlar, Gorus-Qapan yolu, Noyemberyan rayonunun 7 kəndi və s.
Qarabağa gəldikdə. Bu bir həqiqətdir ki, onlar Azərbaycanın 5 prinsipini danışıqlar üçün əsas götürüblər, bu, əslində ultimatum olsa da, ilk günlərdə onlara etirazlar olub. İndi, əslində, ayrıldılar və bununla razılaşdılar. Lakin dünənki çıxışında Paşinyan “çox mühüm nüansı” qeyd edib: “Əgər əvvəllər biz Qarabağın statusunu təhlükəsizlik təminatları və hüquqlar üzərində əsaslandırırdıqsa, indi status əsasında təminat və hüquqlarımız var”.
Bu da öz növbəsində o deməkdir ki, Azərbaycan ən azı kağız üzərində təhlükəsizlik zəmanətlərini təsbit edəcək və hətta ermənilərin təhlükəsizliyinə nəzarət etmək və təmin etmək üçün müxtəlif monitorinq qruplarının və qoşunların yerləşdirilməsinə icazə verəcək. Siz nəyəsə təslim olmağa başlayanda qarşınızdakı insan təslim olmağa hazır olduğunuzu görür. Qorxu sizdə o qədər güclüdür ki, güzəştlərinizin daxili həddi artıq “plintus”dan enib və siz praktiki olaraq hər şeyi etməyə məcbur ola bilərsiniz. Yeni müharibə ilə hədələmək kifayətdir və siz təslim olacaqsınız.
Biz itirə bilərik, özümüzü daha dərin çıxılmaz vəziyyətə sala və yeni müharibə riskləri yarada bilərik. Ermənistan baş naziri hesab edir ki, “maksimum çeviklik” göstərməklə bunun qarşısını ala biləcəklər, amma açıq-aşkar görünür ki, birincisi, onlar çeviklik qabiliyyətinə malik deyillər, ikincisi, qarşı tərəf də sizin ixtiyarınızda deyil. Üçüncüsü, bütün bunların nəticəsində Ermənistanın ərazi bütövlüyünə yönəlmiş təhlükələr yaranır.
Və əgər bütün bu söz-söhbətləri, “danışıqları” bir kənara qoyub daha realist olsaq, başa düşməliyik ki, heç bir sənəd rəqibin iştahını məhdudlaşdırmayacaq və heç bir beynəlxalq təminat təhlükəsizliyimizi təmin etməyəcək və müharibənin qarşısını ala bilməyəcək.Bizim ordumuz və öz təhlükəsizlik qüvvələrimiz yoxdur, biz Qərb, Rusiya və qonşularımız arasında ikili oyunlar oynayırıq və nəhayət, vətənimiz və maraqlarımız bahasına olsa belə, sonsuz güzəştlərə hazırıq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az