Ermənistanın yeni FHN rəhbərinin kimliyi məlumdur

2022/04/62551-1649759113.jpg
Oxunub: 406     15:23     12 Aprel 2022    
Ermənistan prezidenti Vahaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın Armen Pambuxçyanın fövqəladə hallar naziri təyin edilməsi təklifini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan prezident aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən Taquhi Hovhannisyan bildirib.

O həmçinin qeyd edib ki, Ermənistan prezidenti hələlik təklifi imzalamayıb.

Xatırladaq ki,aprelin 11-i səhər saatlarında Baş nazir Nikol Paşinyanın qərarı ilə Armen Pambuxçyan fövqəladə hallar nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   FHN  


Bizi "telegram"da izləyin