Yerli və avropalı rəsmilərin, səfirlərin Zəngəzura marağı yenidən artıb

2021/12/89089-1639730832.jpg
Oxunub: 676     15:42     12 Aprel 2022    
Son günlər yerli və avropalı rəsmilərin, səfirlərin Zəngəzura marağı yenidən artıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, ötən həftə Ermənistana gələn britaniyalı deputatlar “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə bölgəyə səfər ediblər, bu həftə sonu hakim fraksiyanın deputatları, habelə vətəndaş cəmiyyətinin Soros qanadının nümayəndələri olan Larisa Minasyan, Artur Sakunts, Levon Barseğyan da Zəngəzurda olub.

“Ötən gün BMT-nin Əhali Fondunun, BMT-nin Ermənistandakı daimi əlaqələndirici ofisinin, Aİ-nin Ermənistandakı nümayəndəliyinin və Ermənistanın Ombudsman Aparatının nümayəndələri, eləcə də Litvanın Ermənistandakı səfiri Zəngəzurda üç günlük səfərdə olublar. Səfər BMT-nin Əhali Fondu tərəfindən təşkil olunub. Bura Qafan, Gorus və Verişendəki qadın resurs mərkəzlərinə səfərlər daxildir. Bu görüşlərdə hüquq müdafiəçisi Kristine Qriqoryanın da iştirakı nəzərdə tutulur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Səfər  


Bizi "telegram"da izləyin