Türkiyənin AWACS tipli təyyarəsi Estoniya səmasında uçuşlar həyata keçirib

2022/04/51996-3299499160.jpg
Oxunub: 453     13:45     12 Aprel 2022    
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 13-003 quyruq nömrəli “Boeing” istehsalı E7-T AEW AWACS tipli havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi Estoniya hava məkanında uçuşlar həyata keçirib.

Ordu.az xəbər verir ki, 11-12 aprel 2022-ci il tarixləri arasında Estoniya hava məkanında keçiriləcək “Ramstein Alloy” (RAAL) təlimində iştirak etmək üçün Almaniyaya göndərilən Türkiyə Hərbi Hava Qüvvələrinin “Barış qartalı” Baltik dənizi üzərindəki ilk missiyasını uğurla başa vurub.

Almaniyadakı NATO-ya məxsus E-3A Komandanlığından (Geilenkirçen aviabazası) havaya qalxan “Barış qartalı” Baltik regionu üzərində missiya uçuşu həyata keçirib.

Hal-hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında “Şimal”, “Şərq”, “Cənub” və “Qərb” adlı dörd havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi var. “Boeing 737” platformasında inşa edilən təyyarələr 370+ kilometr diapazonu, hava və dəniz skanetmə rejimləri, 550+ kilometr məsafədə dost-düşmən identifikasiyası (IFF) sistemi, 41.000 fut əməliyyat hündürlük tavanı, 10 nəfərlik missiya heyəti, 2-dən çox funksiyalı Elektron Skanetmə Radarı (MESA) və 18 saata qədər uçuş müddətinə (yanacaq doldurmaqla) malikdir.

Ümumilikdə 6-10 nəfərlik heyətlə fəaliyyət göstərə bilən Türkiyənin arseanlında olan “Barış qartalı” yanacaq doldurmadan 10 saat havada qala bilir. Maksimum uçuş məsafəsi 7000 km olan təyyarə 40.000 fut yüksəklikdə fəaliyyət göstərə bilir.


Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Estoniya  


Bizi "telegram"da izləyin