Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, ruslar bölmələrini yenidən qruplaşdırır, Rusiyanın Belqorod və Voronej vilayətlərində cəmləşmə rayonlarına hərəkət edir, habelə aerokosmik qüvvələrin aviasiyasının şərq sərhədlərinə yaxın yerləşən aerodromlara köçürülməsini başa çatdırır.
Məlumatda bildirilir ki, Rusiya beynəlxalq humanitar hüquq normalarına məhəl qoymadan texnika və canlı qüvvəni birbaşa yaşayış məntəqələrinə yerləşdirmək taktikasından istifadə etməyə davam edir.
“Zaporojye və Xerson vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində işğalçılar kənd təsərrüfatı müəssisələrinin, enerji və sosial infrastruktur obyektlərinin binalarından, yaşayış məntəqələrinin mərkəzi ərazilərindən istifadə edirlər. Rusiya tərəfindən mülki geyimdə hərbi əməliyyatların aparılması halları da qeydə alınıb.
Seversk istiqamətində ruslar ayrı-ayrı bölmələrin şərq əməliyyat zonasına yerləşdirilməsini başa çatdırır. Mərkəzi Hərbi Dairənin 41-ci Əlahiddə Ümumqoşun Ordusunun bölmələrinin Belqorod və Voronej vilayətlərində müəyyən ərazilərə hərəkəti davam edir.
Slobojanski istiqamətində rus qoşunları Xarkov şəhərini qismən mühasirəyə almağa davam edir. İzyum şəhəri ərazisində Rusiya 1-ci tank və 20-ci Əlahiddə Ümumqoşun Ordularının ayrı-ayrı bölmələrinin qüvvələri ilə döyüş əməliyyatları aparır. Bu istiqamətdə ruslar Ukrayna qoşunlarının mövqelərini müəyyən etmək və onların irəliləmə marşrutlarını müəyyən etmək üçün hava kəşfiyyatı da aparırlar.
Donetsk və Tavrid istiqamətlərində Rusiya hərbi əməliyyatlar aparır və müəyyən xətləri saxlayır, həmçinin Ukrayna ərazisinə döyüş əməliyyatları aparmaq üçün əlavə birləşmələr yeridir.
Eyni zamanda, Melitopol və İlovaysk yaşayış məntəqələri ərazilərində hava hücumundan müdafiə sisteminin gücləndirilməsi əlamətləri aşkarlanıb.
Gələcəkdə ruslar Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Mariupol şəhərini ələ keçirməyə, Popasnanı tutmağa və Kuraxovo istiqamətində hücuma keçməyə çalışacaq”, - deyə Baş Qərargah bildirib.
Sevinc Əliyeva
Ordu.az