“Hraparak”: Bu, Nikolun əvvəlcədən razılığı olmadan baş verə bilməzdi

2021/04/KMO_0-1618646009.jpg
Oxunub: 597     12:04     12 Aprel 2022    
“Qütb “dəli”ləri tərəfindən Qarabağın (qondarma qurum-red.) “bayrağı”nı murdarlamaq iki il əvvəl baş vermiş bir-iki hadisəni xatırlatdı. Bu hadisələri oxucuların diqqətinə çatdırmaq istəyirəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, Nikol Paşinyanın müharibədən əvvəl verdiyi “dövrümüzün qəhrəmanları” mükafatlarından biri 21 sentyabr 2019-cu il tarixində Gümrü qalasında baş tutub.

“Tədbir zamanı iştirakçılardan biri, böyük ehtimalla aparıcı, növbəti məruzəçi Bako Sahakyanı Ermənistanın Qarabağ “vilayətinin rəisi” kimi təqdim edir. Düşünürəm ki, bu, Nikolun əvvəlcədən razılığı olmadan baş verə bilməzdi. Bunu aparıcı Bako Sahakyanı təqdim edəndə Nikolun düz onun yanında olması sübut edir. Təxminən bir ay sonra Ermənistan Baş naziri postunu tutan Nikol Paşinyan öz iş yerində Bako Saakyanı qəbul edərkən ona “hörmətli prezident” kimi müraciət edir. Və dərhal “hörmətli vilayət rəisi”nə gülümsəyir. Təbəssüm bir sübutdur ki, Gümrü qalasında baş verənlər onun yaddaşında hələ də təzədir. Unutmayın ki, 2019-cu il Nikolun göyün 7-ci qatında uçduğu vaxt idi. Yeri gəlmişkən, Nikol Paşinyanın Bako Sahakyanı qəbul etdiyi iqamətgahda Qarabağ (qonarma qurum – red.) “bayrağı” yox idi. Deməli, “bayrağı”nı qəbul etməmək 2019-cu ildən gəlir. Və bu ideyanın müəllifi guya əleyhinə mübarizə apardıqları Nikoldur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin