“Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı var, əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq”.
Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Koreya Respublikası parlamenti deputatları qarşısında videoformatda çıxışı zamanı bildirib.
“Ukraynanın müxtəlif hərbi texnika, o cümlədən tank və təyyarəyə ehtiyacı var. Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı mövcuddur. Əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq”, - o vurğulayıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Zelenski
Cənubi-Koreya