Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Filippin və Türkiyə 2018-ci ilin dekabrında 6 ədəd T129 “Atak” hücum və taktiki kəşfiyyat helikopterlərinin tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıb.
TUSAŞ tərəfindən Filippin üçün istehsal edilən və ötən ay Türkiyə Hərbi Hava Qüvvələrinə aid 2 A400M nəqliyyat təyyarəsi ilə Filippinə göndərilən ilk 2 “Atak” helikopteri xüsusi mərasimlə Filippin Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib. Helikopterlər Filippin Hərbi Hava Qüvvələrinin qəbul test fəaliyyətlərindən uğurla keçib.
“Atak” ilə yanaşı, Filippinə ROKETSAN şirkəti tərəfindən istehsal edilən bəzi raket sistemləri də ixrac edilib.
Helikopterlər üçün təxminən 280 milyon dollar ödəyən Filippin Türkiyədən sonra “Atak” helikopterlərindən istifadə etməyə başlayan ikinci ölkə olub. Filippinə qalan helikopterlərin yarısı bu il, digər yarısı gələn il göndəriləcək.
Sevinc Əliyeva
Ordu.az