Şimali Koreya nüvə poliqonunda yenidənqurma işlərini bərpa edib

2021/03/99367-1616569647.jpg
Oxunub: 420     10:21     08 Aprel 2022    
Şimali Koreya Pungeri nüvə poliqonunda tunelin bərpası üçün əvvəllər başladığı işləri davam etdirirb.

Ordu.az xəbər verir ki, “Yonhap” agentliyi bu barədə “Open Nuclear Network” qeyri-hökumət təşkilatının ekspertlərinin hesabatına istinadən xəbər verir.

Martın 24-dən aprelin 6-dək zaman kəsiyində çəkilmiş kommersiya peyk görüntülərinə əsaslanan hesabatda deyilir ki, KXDR 3 №-li girişini tapıb və onun bərpasnna başlayıb.

Poliqonda 2018-ci ildə dağıdılmış dörd tunel var. Söküntü işləri kiçik bir qrup dəvət olunmuş xarici jurnalistlərin iştirakı ilə aparılıb.

Bundan əvvəl Cənubi Koreya kəşfiyyatı poliqonda aparılan bərpa işləri barədə məlumat vermişdi. Onun sözlərinə görə, iş KXDR-in nüvə sınağı partlayışına hazırlığını göstərə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə  


Bizi "telegram"da izləyin