“Joğovurd”: Ermənistanın sabiq FHN rəhbəri işdən çıxarılması üçün ərizə yazmaqdan imtina edib

2022/03/1648667352.jpg
Oxunub: 486     14:10     07 Aprel 2022    
Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan həbs olunana qədər diqqətçəkən proseslər olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, siyasi hakimiyyət Piloyana işdən çıxarılması üçün ərizə yazmağı təklif edib, lakin o bundan imtina edib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları konkret operativ məlumat və şikayət əsasında nazirliyə daxil olublar.

““Joğovurd” nəşri bu barədə məlumatı nazirin vəkili Tiqran Sarkisyandan öyrənməyə çalışıb. O, həbsindən apellyasiya şikayəti verməkdən başqa heç nə deyə bilməyəcəyini bildirib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   FHN   İstefa  


Bizi "telegram"da izləyin