Erməni kursantı asaraq öldürmüş “ded”lərə 15 il həbs cəzası verilib – Kursantın atası etiraz edir

2019/07/23599-1562841625.jpg
Oxunub: 477     11:25     06 Aprel 2022    
İrəvanın ümumi yurisdiksiya məhkəməsi aprelin 5-də Vazgen Sarkisyan adına Hərbi İnstitutun kursantı Haykaz Barseğyanın qətlindən 7 ildən çox sonra hökmü açıqlayıb.

Ordu.az xəbər verir ki, Qnel Tevosyan, Vaçe Sahakyan, Norik Sahakyan, Movses Azaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Öldürülən erməni kursantın atası hökmü yumşaq hesab etdiyini bildirib.

Haykaz Barseğyanın atası Arkadi Barseğyan hökmdən apellyasiya şikayəti verəcəklərini qeyd edib: “Ən azı oğlumu şəxsən öldürən qatil, şahidlərin dediyinə görə, ən azı 20 il, 25 il və ya ömürlük həbs cəzası almış Qnel Tevosyandır. Adamı öldürənə də, ayağını tutana da necə 15 il verə bilərsən? Hadisədən sonra bizə dedilər ki, ağır cəza var, ədalətli məhkəmə olacaq, görürük necə oldu, bunu gözləmirdim. Bu ədalətsiz qərar idi. Bilmək istəyirəm, Ermənistanda hansı amansız cinayət törədilməlidir ki, ona ömürlük, yoxsa 25 il həbs cəzası verilsin?”.

Xatırladaq ki, Haykaz Barseğyanı öldürməkdə onun kurs yoldaşları Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryan ittiham olunur.

İttihama görə, onlar 2015-ci il yanvarın 29-da saat 02:00-03:00 radələrində kursant Haykaz Barseğyanı hərbi hissənin yataq otağında vəhşicəsinə qətlə yetiriblər, daha sonra izlərini gizlətmək üçün meyiti stadionda dirəyə asaraq orada qoyublar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İntihar   Cinayət  


Bizi "telegram"da izləyin