Rus KİV-i: Paşinyan regionda Rusiyanın mövqelərini sarsıtmağa başlayıb

2021/08/dasee-1628072857.jpg
Oxunub: 766     11:09     06 Aprel 2022    
Azərbaycan qoşunları Qarabağda bir sıra zərbələr endirib və Rusiya sülhməramlılarının cavabdehlik zonasına daxil olub. Hazırda insident böyük ölçüdə həll olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Sevastopol.su” nəşri yazıb.

Məqalədə iddia olunub ki, xüsusilə Britaniya diplomatiyasının və xüsusi xidmət orqanlarının mövqelərinin güclü olduğu istiqamətdə lap əvvəldən belə bir şey gözlənilməli idi.

“Rusiyanı eyni vaxtda bir neçə cəbhədə döyüşməyə məcbur etmək onların ruhundadır. Gəlin dəqiq nə baş verdiyini öyrənək. Qarabağda vəziyyətin gərginləşməsi Azərbaycanın təşəbbüsü ilə şərtlənir. Bu, mövcud qüvvələr balansını pozur, həm Rusiyanın, həm də Ermənistanın mövqelərini sarsıtmaq məqsədi daşıyır. Təbii ki, bu hərəkətlər təkcə Ermənistana düşmənçilik xarakteri daşımır. Bütün bunlar kollektiv Qərbin planlarına tamamilə uyğun gəlir, yəni Rusiya sərhədləri boyunca yerli hərbi münaqişələrin bütöv zəncirini yaratmaq. Bu potensial təkcə Qarabağda deyil, Tacikistan, Dnestryanı, Cənubi Osetiya və Abxaziyada da var. Bundan başqa, Türkiyənin maraqlarının olduğu Suriyada hərbi münaqişənin qızışması da istisna edilməməlidir. Bir daha vurğulayaq. Türkiyə nə Qərbin, nə də Rusiyanın tərəfindədir, problemlərini onların hesabına həll edir. Burada Paşinyanın davranışı daha çox diqqət çəkir. Doğrudur, onu hakimiyyətdə saxlamağın təhlükəli olduğu dəfələrlə səslənib. Və bu fikir təsdiqlənir. Paşinyanın ilk gördüyü iş o oldu ki, o, “Rusiya sülhməramlılarının hərəkətlərinin araşdırılmasının zəruriliyi ilə bağlı” tələblər irəli sürdü. Yəni o, birbaşa Rusiyanı xəyanətdə ittiham edib, onun Ermənistanda, ümumiyyətlə, regionda mövqelərini müvəqqəti sarsıtmağa başlayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin