Ordu.az xəbər verir ki, helikopterlər əvvəllər ölkənin Quru Qoşunları Komandanlığının inventarında olub.
AH-1W “Super Cobra” hücum helikopterləri ABŞ Dəniz Piyadaları tərəfindən istifadə edilən platformalar olduğu üçün dəniz şəraitinə uyğundur. Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı bu səbəbdən bu helikopterlərə üstünlük verir.
Tezliklə istifadəyə verilməsi planlaşdırılan “TCG Anadolu” Amfibiya hücum gəmisinə (LHD) AH-1W “Super Cobra” helikopterlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Quru Qoşunları Komandanlığının ehtiyacları əsasında 90-cı illərdə terrorla mübarizə məqsədilə ABŞ-dan 13 ədəd AH-1W “Super Kobra” alınıb. Bu helikopterlərdən 3-ü antiterror əməliyyatları zamanı itirilib.
Sevinc Əliyeva
Ordu.az