FHN Akademiyasında təlim-məşq keçirilib - FOTOLAR

2022/04/1649158126.jpg
Oxunub: 309     15:28     05 Aprel 2022    
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının bazasında Yanğın təhlükəsizliyi fakültəsinin kursantlarının bilik və bacarıqlarının artırılması məqsədilə “Yanğın qəza-xilasetmə işinin aparılması taktikası” mövzusunda təlim-məşq keçirilib.

Bu barədə Ordu.az-a FHN-dən bildirilib.

Xəbərə görə, təlim-məşq nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Baş əməliyyat idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti və Nazirliyin Akademiyası tərəfindən təşkil olunub.


Təlim-məşqin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, insanların təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi ilə bağlı nəzəri məşğələ keçirilib. Məşğələdə yanğın təhlükəsizliyinə dair məlumatlar verilib, suallar cavablandırılıb.

Tədbirin canlı qüvvələrin və xüsusi təyinatlı texnikaların cəlb olunduğu ikinci – praktik mərhələsində isə şərti yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə təlim-məşqlər keçirilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FHN   Təlim  


Bizi "telegram"da izləyin