Şurnuxu kənd başçısı: “Qaz kəmərini azərbaycanlılar partlatmayıblar”

2022/04/image-1649063391.jpg
Oxunub: 980     12:46     04 Aprel 2022    
“Qazprom Ermənistan” QSC məlumat yayıb ki, aprelin 2-də yol tikintisi işləri zamanı Gorus-Qafan-Qacaran avtomobil yolunun 13,5 km-lik hissəsində qaz kəmərinə ziyan dəyib.

Bildirilib ki, qəzanın bərpası işlərinin aparılması məqsədilə səhər saat 11:10-dan Zəngəzurun Gorus, Qafan şəhərlərinə, Gorus, Qafan rayonlarının yaşayış məntəqələrinə, eləcə də Qarabağa qaz verilişi dayandırılıb.

Qəzanın bərpası işlərinin başa çatma tarixi ilə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.

Şurnuxu kəndinin başçısı Hakob Arşakyan məsələyə toxunaraq bildirib: “Şurnuxu kəndindən 4-5 km düz xətlə Qafan sektoruna qədər yol işləri zamanı texnika Gorus-Qafan-Qacaran qaz kəmərinə ziyan vurub”.

Onun sözlərinə görə, hazırda magistral yol bağlanıb, təmir işləri aparılmalıdır.

“Azərbaycanlıların qaz kəmərini partlatması ilə bağlı yayılan xəbərlər reallığa uyğun gəlmir”, - deyə Arşakyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şurnux   Kənd  


Bizi "telegram"da izləyin