Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistan Fövqəladə Hallar Nazirliyi əmindir ki, Vətəndaş Müqaviləsi Partiyasının yaradılmasının kökündə duran, keçmiş “Mənim addımım” fraksiyasından olan sabiq deputat Armen Pambuxçyan pis adam deyil.
“Pambuxçyandan fərqli olaraq, digər nazir müavini Ara Nazaryan sistemi yaxşı bilir, belə desək, David Tonoyanın kadrlarındandır, hələ onun dövründən məktəb keçib”, - deyə nəşrin Ermənistan Fövqəladə Hallar Nazirliyinə yaxın olan mənbəsi bildirib.
Müəllif yazıb ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin daha təcrübəli, köhnə işçilərinin Nəzəryanla bağlı fikirlərinə və onu nazir görmək istəyinə baxmayaraq, hakim “Vətəndaş Müqaviləsi Partiyası”nın başqa qərarı var.
“Fövqəladə hallar naziri postu Armen Pambuxçyana həvalə olunacaq. Xatırladaq ki, o, əvvəlki 7-ci çağırış parlamentdə deputatlıqdan istefa verib və gələcəkdə nazir postunu tutmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinə ezamiyyətə göndərilib. Ötən gün “Joğovurd” hər gün məsələ ilə bağlı fikirlərini öyrənmək üçün Pambuxçyanla əlaqə saxlamağa çalışsa da, bütün gün ərzində onun telefon nömrəsi söndürülmüş olub”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az