Erməni politoloq: “Rusiya heç də hər şeyə qadir deyil”

2022/03/f5faa-1648549407.jpg
Oxunub: 753     16:29     30 Mart 2022    
“Bir çox insanın düşündüyü və güman etdiyi kimi, Rusiya heç də hər şeyə qadir deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın potensial rəqibləri onun imkanlarının məhdud olduğunu bilirlər.

“Bunu dərk edən Rusiya da bütün müsbət və mənfi tərəfləri ölçüb-biçərək ehtiyatlı davranmağa başlayıb. İndi oyuna Rusiya və Azərbaycan rəhbərlik edir. Biz özümüzü unutmalıyıq, çünki indiki hakimiyyətin hərəkətləri və addımları ilə Ermənistan faktiki olaraq öz subyektivliyini itirib. Hər şey 2018-ci ildə başladı. Həmin dövrdə başlayan proseslər Ermənistanı subyektivlikdən məhrum etməyə yönəlmişdi. İndi biz daha çox istəksiz uşaq kimiyik”, - deyə Elbakyan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, Rusiya baxımından Qarabağda azərbaycanlıların azad etdiyi yüksəkliklər əhəmiyyətsizdir və heç bir dəyəri təmsil etmir.

Alpər Mövludoğlu
Ordu.az




















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin