Tank әleyhinә vasitәlәrin inkişaf yolu və gәlәcәk inkişaf istiqamәtlәri – ANALİZ

2024/02/1707910951.jpg
Oxunub: 10737     10:34     10 Sentyabr 2024    
Mәqalәdә tank әleyhinә vasitәlәrin inkişaf yolu vә onların tanklara qarşı mübarizәdә yaratdığı üstünlüklәr, elәcә dә gәlәcәk inkişaf istiqamәtlәri açıqlanır.

Bәşәr tarixindә özünü müdafiә vә yaşama uğrunda mübarizә instinkti hәmişә mövcud olub vә bu vәziyyәt indi dә davam edir. Bu prosesin nәticәsindә güclülәr zәiflәr üzәrindә daima qәlәbә qazanıblar. Hәrb tarixinin müxtәlif dövrlәrindә baş verәn döyüşlәrin nәticәlәri tәhlil edilib vә öyrәnilib. Bu baxımdan tarixin әn qanlı vә dağıdıcı müharibәsi hesab olunan İkinci Dünya müharibәsi, hәrb elminin inkişafına güclü tәkan verdi. Demәk olar ki, bir çox silah nümunәlәri bu zaman yaradılıb vә döyüş şәraitindә sınaqdan keçirilib. İndi dә hәmin silahların bazasında yenilәri yaradılır vә daha da tәkmillәşdirilir.

İkinci Dünya müharibәsindә 1943-cü ilin iyul vә avqust aylarında Kursk döyüşlәri baş vermişdi. Hәmin döyüşlәrә almanlar tәrәfdәn 5,128 SSRİ tәrәfdәn isә 7,360 әdәd tank cәlb olunmuşdu. Bu döyüşlәr hәr iki tәrәfdәn tankların kütlәvi cәlb edilmәsi ilә yadda qalıb. Bu isә tankların döyüşdә rolunu vә onlara qarşı mübarizә aparmaq imkanlarını tәhliletmә baxımından mühüm әhәmiyyәt kәsb edir. Hәmin vaxt tanklara qarşı mübarizәdә toplardan, tank әleyhinә minalardan, әl qumbaralarından vә mümkün ola bilәn digәr primitiv vasitәlәrdәn, elәcә dә tankların özündәn istifadә olunurdu. Elә ona görә dә bu döyüşlәr bәzi hallarda tankların dueli kimi dә qiymәtlәndirilir. Nәzәrә alsaq ki, tanklar atәş vә manevr gücündә әldә etdiyi üstünlüyә görә әksәr hallarda döyüşün nәticәsini müәyyәn edir, bu baxımdan döyüş meydanında onların qarşısını almaq o qәdәr dә asan deyil. Tankların vә zirehli texnika nümunәlәrinin istehsalı vә döyüş tәtbiqi istiqamәtindәki sürәtli inkişaf, onlara qarşı daha effektiv mübarizә apara bilәn tank әleyhinә vasitәlәrin hazırlanmasını zәruri edir.

O dövrdә bu işin әsas aparıcısı vә TӘRK yaradıcısının vәtәni Almaniya hesab olunurdu. İlk tank әleyhinә idarәolunan raketin (TӘİR) yaradıcısı alman mühәndisi Maks Qramerdir. Hәlә “BMW” kompaniyası 1941-ci ilin әvvәllәrindәn idarәolunan raket silahı sahәsindә elmi tәdqiqat işinә başlamışdı. Dünyada ilk TӘİR X-7 (müdafiә xarakterli tank әleyhinә raket kimi) mәlumdur vә hәlә 1943-cü ilin әvvәllәrindә onun hazırlanmasına başlanıb. Hәmin raket X-7, tәrcümәdә “Qırmızı papaq” adlandırılıb. Bu, TӘİR-in әsasını X-4 idarәolunan “hava-hava” raketi tәşkil etmişdi. Raketin ilk yeddi sınaq buraxması 1944-cü ilin 21 sentyabrında, yüzә qәdәr belә sınağı isә 1944-cü ilin sonu – 1945-ci ilin әvvәllәrindә Almaniyada keçirilib.

1945-ci ilin yazında “Rurştal Brekvede” firması X-7-nin 300-ә qәdәr “quyruqsuz” nümunәsinin aerodinamik sxem üzrә buraxmasını keçirib. Uzunluğu 790, diametri 140 mm tәşkil edәn raketin siqarşәkilli korpusunun yan gövdәsi tәnzimlәyici vә iki әks-oxvari qanadla tәchiz olunmuşdu. Qanadların ucuna mәftil ilә birgә iki konteyner bağlanmışdı. TӘİR-in hәdәfә tuşlanması korpusun arxa hissәsindә yerlәşәn xüsusi trasserin kömәyi ilә hәyata keçirilirdi. Bu zaman TӘİR operatorundan raketin bütün uçuşu müddәtindә hәmin markerin hәdәfә dәqiq istiqamәtlәnmәsinә nәzarәt etmәsi tәlәb olunurdu. Bunu o dövr üçün TӘİR-in әn sadә nümunәsi hesab etmәk olar. Lakin bu günә qәdәr hәmin raketin döyüş şәraitindә istifadәsi haqqında etibarlı mәlumat yoxdur. İkinci Dünya müharibәsindәn sonra qalib ölkәlәr X-7 raketinin nümunәsindәn istifadә etmәklә özlәrinә aid TӘİR hazırlayıblar. Demәk olar ki, belә raket nümunәlәrinin hazırlanmasında qәrb ölkәlәri daha çox uğur әldә edib. 1946-cı ildә İsveçrәdә “Kobra” tipli TӘİR, bundan iki il sonra isә Fransada “Qırmızı papaq” raketinin bazasında TӘİR “SS-10” hazırlanıb.

Hәlә müharibә başa çatmamış, xüsusilә ABŞ hәrbi gücünü dünyada nümayiş etdirmәklә bir ilkә addım atdı. 1945-ci ilin avqustunda ABŞ Silahlı Qüvvәlәri Yaponiyanın kapitulyasiyasını sürәtlәndirmәk üçün bәşәr tarixindә ilk dәfә olaraq Xirosima vә Naqasakiyә nüvә silahı tәtbiq etdi. İkinci Dünya müharibәsi başa çatsa da, dünyada tәhlükәsizlik sistemi mövcud deyildi. Dünya hegemonluğuna can atan dövlәtlәr öz maraqları çәrçivәsindә yaranmış vәziyyәtdәn istifadә edir, yeni müttәfiqlәr axtarırdılar. Hәrbi gücünü göstәrmәk mәqsәdilә yeni silahlar istehsal edir, onların sınağını keçirir vә açıq şәkildә nümayiş etdirirdilәr. Belә proses uzun müddәt davam edә bilmәzdi, dünyada sülhü vә tәhlükәsizliyi tәmin etmәk mәqsәdilә 1945-ci ilin oktyabrında әlli dövlәtin iştirakı ilә BMT yaradıldı. 1949-cu ildә isә qәrb ölkәlәri hәrbi güclәrini bir blokda birlәşdirmәklә NATO yaratdılar vә hazırda 29 üzvü olmaqla hәmin blok fәaliyyәtini davam etdirir. Buna baxmayaraq, SSRİ vә qәrb ölkәlәri arasında qarşıdurma vә silahlanma yarışı daha da sürәtlәndi, dünyada ikiqütblük formalaşdı. Qәrbin yaratdığı NATO blokuna qarşı SSRİ 1955-ci ildә Varşava Müqavilәsi Tәşkilatını yaratdı, bununla da qütblәşmә real olaraq tәsdiqlәndi. Hәr iki blok arasında soyuq müharibә dövrü başladı vә bu dövr SSRİ-nin dağılmasına, yәni 1991-ci ilә qәdәr davam etdi. Soyuq müharibәnin әsas mahiyyәtini bloklararası silahlanma yarışı tәşkil edirdi. Belә silahlanma yarışında yeni silah nümunәlәrinin yaradılması vә qarşı tәrәfә nisbәtәn kәmiyyәt vә keyfiyyәt baxımından üstünlüyün әldә edilmәsi әsas amillәrdir. Qarşı duran tәrәflәrdәn hәr hansı biri tank vә zirehli döyüş texnikasının yeni nümunәsini istehsal edirdisә, digәr tәrәf onlara qarşı mübarizә vasitәlәri, yәni tank әleyhinә vasitәlәr hazırlayırdı.

Hәtta silahlı qarşıdurma dövründә belә bir-birinә alternativ hәrbi blok kimi fәaliyyәt göstәrәn NATO vә Varşava Müqavilәsi Tәşkilatı üzvü olan ölkәlәrin ordularında tank әleyhinә vasitәlәrin yeni nümunәlәri istehsal olunub. Ona görә dә tank әleyhinә vasitәlәrin inkişaf yolunu iki mәrhәlәdә nәzәrdәn keçirmәk lazımdır. Birinci mәrhәlә, İkinci Dünya müharibәsinin başa çatmasından SSRİ-nin dağılmasına qәdәr olan dövrü, ikinci mәrhәlә isә soyuq müharibәnin başa çatmasından sonrakı dövrü әhatә edir. Qeyd olunduğu kimi, tank әleyhinә vasitәlәrin vәtәni Almaniya hesab olunur. Almaniya müharibәdәn mәğlub çıxdı vә o, qәrblә SSRİ arasında bölündü. Onun hәrb sahәsindә әldә etdiyi nailiyyәtlәrdәn әslindә hәr iki tәrәfdә yararlana bilәrdi. Tarixi faktlar vә tank әleyhinә vasitәlәrin keçәn müddәtdә inkişaf yolu bunları bir daha tәsdiqlәyir. 1957-ci ildә SSRİ reaktiv idarәolunan silahın yaradılmasına qәrar verildi. Elә hәmin ildә TӘİR “Şmel”in yaradılmasına başlandı. Raket yaradıcılarının әsas iş prinsipi onun mürәkkәb quruluşunu sadәlәşdirmәk idi. Raketi operator idarә edirdi, lakin raketә komanda TӘİR-ә bәrkidilmiş qarqaraya sarınmış naqil vasitәsilә ötürülürdü.

1958-ci ilin aprelindә “Şmel”in idarәolunmayan, avqustda isә idarәolunan variantının sınağı keçirildi, 1960-cı ildә isә Sovet Ordusunda silahlanmaya qәbul edildi. 1956-cı ildә Fransa istehsalı olan birinci nәsil TӘRK “SS-10” İsrail–Misir müharibәsindә, SSRİ istehsalı olan TӘRK “Şmel” isә ilk dәfә 1967-ci ildә Әrәb–İsrail müharibәsindә istifadә olunub. TӘRK-in real silahlı münaqişәlәrdә istifadәsinin tәhlili onu göstәrirdi ki, bu tip silahların tәkmillәşdirilmәsinә ehtiyac var. Çünki hәmin vasitәlәr әl üsulu ilә idarә edildiyindәn 1 km-dәn uzaq olmayan mәsafәdә daha effektiv idarә olunurdu. Bunların tәtbiqi üçün yüksәkhazırlıqlı operatorlara ehtiyac vardı. Bunun üçün mühәndislәrdәn yeni nәsil komplekslәr üzәrindә işlәmәk, hәmin problemlәri hәll etmәk vә onların asılılığını azaltmaq bacarığı tәlәb edilirdi. Belәliklә, yarımavtomat tuşlama sistemi ilә ikinci nәsil TӘRK yaradıldı.

Qeyd etmәk lazımdır ki, ikinci nәsil TӘRK-in yaradılmasına Amerika liderlik etmişdi. 1970-ci ildә daşınan-gәzdirilәn kompleks “TOW”, 1972-ci ildә isә daşınan TӘRK “Dragon” silahlanmaya daxil edilmişdi. Bu zaman Avropada, Qәrbi Almaniya vә Fransada TӘRK “HOT”, elәcә dә gәzdirilәn “MILAN”, SSRİ-dә isә ilk dәfә 1970, 1974 vә 1978-ci illәrdә gәzdirilәn TӘRK 9M111 “Faqot”, daşınan-gәzdirilәn TӘRK 9K113 “Konkurs” vә gәzdirilәn TӘRK “Metis” silahlanmaya qәbul edilmişdi. İkinci nәsil TӘRK istehsalı vә tәkmillәşdirilmәsi yeni texniki imkanların әldә edilmәsi ilә fasilәsiz olaraq aparılmışdı. Bunun nәticәsindә TӘRK әn müasir yüksәk dәqiqliyә malik silaha çevrildi vә geniştәrkibli hәdәflәri effektiv mәhvetmә imkanına malik oldu. Belә TӘRK-in daha effektiv tәtbiqi nümunәlәrindәn biri kimi “Şturm”u göstәrmәk olar. Mәsәlәn, 2003-cü ildә İraq hәrbçilәri TӘRK “Şturm-S” vә “Şturm-B” tәtbiq etmәklә ittifaq qüvvәlәrinin 43 әdәd әn müasir zirehli texnikasını, elәcә dә 70 әdәd müxtәlif zirehli maşınını PDM, ÖAQ, ZRK vә TӘRK-in mәhv etmişdi. Hәmin komplekslәr 2008-ci ildә Gürcüstan–Rusiya münaqişәsindә dә uğurla tәtbiq olunmuşdu. O zaman, bütün hәdәflәrin 2/3 aviasiya bazasında yerlәşәn TӘİR hesabına mәhv edilmişdi. TӘRK Şimali Qafqazda aparılan әmәliyyatlarda da müxtәlif növ silahların, elәcә dә uzunmüddәtli atәş nöqtәlәrinin, düşmәnin canlı qüvvәsinin mәhv edilmәsindә istifadә olunmuşdu.

İkinci nәsil TӘRK-in әsas xüsusiyyәti ondan ibarәtdir ki, raket hәdәfә yarımavtomatik rejimdә tuşlanır. Belә tuşlama üsulunda isә kompleksin operatorundan nişangah torunun kәsişmәsini hәdәfin üzәrindә saxlaması tәlәb olunur, bu zaman raket özü mәhv edilәn obyektә (hәdәfә) müstәqil olaraq tuşlanacaq. Bu isә raketin hәdәfә dәymә ehtimalını 90–95% çatdırmağa imkan verdi. Tankları vә zirehli döyüş texnikalarını mәhvetmә vasitәlәri ilә yanaşı, onlardan müdafiәolunma vasitәlәri dә inkişaf etdirilib. Bölmәlәrin yeni döyüş taktikası vә döyüş fәaliyyәtlәrini aparma üsulları belә inkişafa öz tövhfәsini vermişdi. Üçüncü nәsil TӘİR-in әsas xüsusiyyәti isә ondan ibarәtdir ki, raketlәr hәdәfә avtomatik rejimdә tuşlandı. Raketlәr özütuşlanma başlığı ilә tәchiz olunub, o, hәdәfi özü tapır vә mәhv edir. Üçüncü nәsil TӘRK әsas inkişaf istiqamәtlәrinә daxildir:

– bir raket buraxması ilә zirehli hәdәfi mәhvetmә ehtimalını yüksәltmәk;
– maksimal atış uzaqlığını artırmaq;
– kompleksin döyüş meydanında hәyatda qalabilmә imkanlarını vә istәnilәn hava şәrtlәrindә tәtbiqini artırmaq;
– qısa müddәtdә döyüş tәtbiqinә hazır olmaq vә atış tezliyini artırmaq;
– praktikada “görürәm-atıram” vә “at-unut” prinsipini reallaşdırmaq;
– maneәlәrdәn etibarlı qorunma, elәcә dә raketin uçuşda idarәetmә imkanları ilә optiki-volokon göstәricilәri operatora ötürmә vә buraxmadan sonra özütuşlanma başlığı ilә hәdәfә tuşlanmanı reallaşdırmaq.


TӘRK-in motoatıcı bölmәlәrdә bölük sәviyyәsindә yüksәk dәqiqliyә malik silah kimi tәtbiqi daha bir әhәmiyyәtli dәyişikliyә, mәhz raketlәrin müxtәlif başlıqlarla tәchiz olunmasına sәbәb oldu. Hazırda üçüncü nәsil TӘRK-lәr güclü kumulyativ-tandem, yandırıcı (termobarik) vә fuqas, elәcә dә qәlpәlәnәn- fuqas döyüş başlıqları ilә tәchiz olunub.

Tank әleyhinә vasitәlәr keçәn 80 ildә birinci nәsil nümunәlәrdәn başlayaraq daha praktik istifadә olunan әn müasir tank әleyhinә vasitәlәrin yeni nәsil nümunәlәrinin istehsalına kimi tarixi bir yol keçdi. Әgәr birinci nәsil TӘİR-ә X-7 raketinin bazasında yaradılan “Qırmızı papaq”, İsveçrәdә “Kobra”, Fransada “SS-10” vә SSRİ-dә “Malyutka” daxil idisә, hazırda dünyanın inkişaf etmiş ölkәlәrindә müxtәlif adda yeni nәsil tank әleyhinә vasitәlәr ABŞ-da “Javelin”, İsraildә “Spiek”, Rusiyada “Xrizantema”, Çindә “HJ-12”, Türkiyәdә “Mızraq” vә Hindistanda “Naq” markalı vasitәlәr istehsal olunur. Hәtta onların bir çoxu silahlı münaqişәlәrdә vә lokal müharibәlәrdә İraq, Suriya, Liviya, Ukraynanın şәrqindә Donbas vә Luqanskda, elәcә dә Qarabağda tәtbiq olunub. Lakin tank әleyhinә vasitәlәrin әhәmiyyәtli inkişafı son iyirmi illә bağlıdır, çünki tank әleyhinә vasitәlәrin müxtәlif ölkәlәrdә yeni nümunәlәri istehsal olunub vә bu istiqamәtdә böyük işlәr görülüb. Son beş ildә keçirilәn silah sәrgilәrindә istehsalçı ölkәlәr tәrәfindәn nümayiş etdirilәn tank әleyhinә vasitәlәrin taktiki-texniki xüsusiyyәtlәrinin, idarәetmә vә mәhvetmә imkanlarının mühüm parametrlәri üzrә baş verәn dәyişikliklәrin tәhlili kifayәt edir ki, qısa zamanda bu istiqamәtdә görülәn işlәrin nәticәsini müәyyәn etmәk mümkün olsun.

Bu gün tank әleyhinә raket kompleksi döyüşdә әn müasir vә güclü tank әleyhinә vasitә hesab olunur. Zaman keçdikcә TӘRK düşmәn tanklarına qarşı mübarizә vasitәsindәn çoxfunksiyalı yüksәk dәqiqliyә malik silah növünә qәdәr inkişaf edib. Müxtәlif növ, o cümlәdәn hava hәdәflәrini mәhvetmә imkanları sayәsindә TӘRK ümumqoşun komandirlәrinin әn effektli ehtiyatına vә kütlәvi silah növlәrindәn birinә çevrilib. Bütün bunlar bu komplekslәrin son illәrdә silahlı münaqişәlәrdә vә lokal müharibәlәrdә praktiki tәtbiqi ilә әyani tәsdiqlәni. Tank әleyhinә vasitәlәrin dinamik inkişaf yolu onların tanklara qarşı mübarizәdә rolunu daima gündәmdә saxlayır. Hazırda İsrail bu sahәdә liderdir. İsrailin istehsal etdiyi vә aviasiya bazasında yerlәşәn tank әleyhinә vasitәlәrin uzağa atış mәsafәsi 90 km tәşkil edir. İndi әn müasir tanklar belә döyüş meydanında özünü tәhlükәsiz şәraitdә hiss edә bilmir. Ona görә dә istehsalçı ölkәlәr tankların döyüş meydanında qalma müddәtini artırmaq üzәrindә deyil, onların ekipajının sağqalma imkanları üzәrindә daha çox iş aparır. Nәticә etibarilә, bir nәfәr tәrәfindәn daşına bilәn, sökülәn, kiçik vә yüngül, hәmçinin bir tankı mәhvetmә imkanına malik bütün idarәolunan vә idarәolunmayan tank әleyhinә vasitәlәr son әlli ildә istәnilәn döyüş şәraitindә özünü müsbәt cәhәtdәn göstәrә bilmişdi. Bu gün onlar arasından әn effektiv olanlar sınaqlardan çıxa bilir. Tank әleyhinә vasitәlәr әn mürәkkәb modeldәn raketi buraxmadan sonra onu hәdәfә qәdәr müşayiәtetmә prinsipindәn, әn sadә modelә qәdәr buraxmadan sonra “at vә unut” rejiminә qәdәr texnoloji inkişaf yolu keçib. Görünәn odur ki, yaxın gәlәcәkdә dә tank әleyhinә vasitәlәrin dinamik inkişafı davam edәcәk. Çünki bu zamanın tәlәbi vә texnologiyanın inkişafı ilә bağlıdır.

Nәticә

Hәr bir ordu qarşısında duran әsas mәsәlәlәrdәn biri dә tanklara vә zirehli döyüş texnikalarına qarşı mübarizә aparma imkanlarına malik olmaqdır. Ordumuzun üzlәşdiyi әn çәtin şәraitdә belә düşmәn tanklarına qarşı mübarizә imkanları hәmişә yüksәk sәviyyәdә tәmin edilib. Lakin ölkәmizin müharibә şәraitindә olması vә düşmәnin aqressiv siyasәti, ona qarşı bütün istiqamәtlәrdә üstün olmağı tәlәb edir. Buna orduda aparılan mәrhәlәli vә planlı inkişaf nәticәsindә nail olunub. Hazırda Azәrbaycan Ordusunun silahlanmasında mövcud olan әn müasir tank әleyhinә vasitәlәrin imkanları ilә düşmәnin tank vә zirehli döyüş texnikalarını cәbhә xәttindәn uzaq dәrinlikdә mәhv etmәk mümkündür. Bu isә tank әleyhinә vasitәlәrin imkanlarının son hәddi deyil, yaxın gәlәcәkdә dә bu istiqamәtdә zәruri addımlar atılacaq vә düşmәn tanklarına qarşı mübarizә aparma imkanları davamlı olaraq inkişaf etdirilәcәk.

Yaşar Kәrimov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TƏİR   Tank  


Bizi "telegram"da izləyin