Azәrbaycan Respublikasında hәrbi sahәdә aparılan islahatların müasir mәrhәlәsindә Azәrbaycan Ordusunun bütün tәminat-tәchizat sistemi ilә yanaşı, kadr siyasәti dә әsaslı şәkildә yenidәn qurulur. Hәrbi kadr siyasәti konsepsiyasında nәzәrdә tutulan kadr potensialının formalaşdırılması problemlәri qarşıda duran prioritet mәsәlә kimi, gәnc zabitlәrin qısa zaman әrzind ә vә tam şәkildә h әrbi xidmәti fәaliyyәtә adaptasiyasını zәruri edir. Hәrbi qulluqçuların hәrbi xidmәtә adaptasiyası hәrbi xidmәtin әn mühüm mәrhәlәlәrindәn biridir. Bu mәrhәlәdә şәxsiyyәtin daxili alәmi d әyişikliklәr ә mәruz qalır, o, hәrbi mühitin tәlәblәrin ә uyğun yaşayış, mәişәtә, hәmçinin h әrbi xidmәti fәaliyyәtin xüsusiyyәtlәrinә uyğunlaşır. Adaptasiya mәrhәlәsinin müvәffәqiyyәtli olması hәrbi qulluqçunun sonrakı fәaliyyәtinin sәmәrәliliyinin әsas şәrtlәrindәndir. Hәrbi qulluqçunun әtrafdakılarla qarşılıqlı münasibәt qurması, konfliktli şәraitdә özünü necә aparması, özünün formalaşmış “mәn”indәn imtina edә bilmәsi vә hansı psixoloji müdafiә mexanizmlәrindәn istifadә etmәsi bu prosesdә әsas mәqamlardandır.
Gәnc zabitlәrin gәlәcәk hәrbi xidmәti, onların karyera inkişafı vә peşәkar zabit kimi yetişmәsi daha çox adaptasiya dövrünün müvәffәqiyy әtli olmasından asılıdır. G әnc zabitin hәrbi xidmәti fәaliyyәtә adaptasiyası prosesindә taqım, bölük vә ya tabor komandirlәrinin şәxsi heyәt üzrә müavinlәri bilavasitә iştirak edirlәr. Onlar zabitlәri yaxşı tanımalı, gәnc zabitlәrin fәaliyyәtlәrindә istifadә etdiklәri psixoloji müdafiә mexanizmlәrini görmәli, konfliktli vәziyyәtin yaranmamasına nәzarәt etmәli, yaranmış problemlәrin dәrhal hәllinә çalışmalıdırlar.
Qısa zamanda öz ixtisas biliklәrini tәtbiq edә bilәn, tabeliyindә olan şәxsi heyәtin mәnәvi-psixoloji vәziyyәtinin vә psixoloji dayanıqlılığının möhkәmlәnmәsi üçün peşә bacarıq vә vәrdişlәrindәn istifadә edәk zabitlәrin yetişdirilmәsi zәrurәti gәnc zabitlәrin adaptasiya problemlәrinin nә qәdәr aktual olduğunu göstәrir. Hәrbi qulluqçuların vәtәnpәrvәrlik ruhunda yetişdirilmәsi, t әlim vә tәrbiyәsinin sәmәrәliliyi onların komandirlәrinin peşәkar sәriştәsindәn asılıdır. Lakin bu qrup zabitlәrin yeni tәyin olunduqları vәzifәlәrin tәlәblәrini mәnimsәmәsi, hә mçinin onlara liderlik keyfiyy әtlәrinin aşılanması vә onların öz xidmәti vәzifәlәrini yerinә yetirmәsi o qәdәr dә sadә proses deyil, hәtta, demәk olar ki, psixoloji çәtinliklәrin tәsiri nәticәsindә bәzәn effektsizdir.
Yaranmış psixoloji çәtinliklәrin aradan qaldırılmasına praktik kömәk bir çox hallarda zabit heyәtinin peşәkar kimi formalaşması şәrtlәri, meyarları vә dinamikası haqqında elmi әsaslandırılmış tәsәvvürә әsaslanmır. Şәxsi hey әtin tәlim vә tәrbiyәsinә birbaşa cavabdeh olan zabitlәrin peşәkar kimi yetişmәsi prosesindә adaptasiya dövrünün çәtinliklәrinin aradan qaldırılmasının praktiki әh әmiyyәti vә problemin kifayәt qәdәr nәzәri tәdqiq edilmәmәsi adaptasiya proseslәrinin öyrәnilmәsinin aktuallığını göstәrir. Azәrbaycan Ordusunda gәnc zabitlәrin hәrbi xidmәti fәaliyyәtә adaptasiya problemlәrini dәrindәn öyrәnmәk, onun nәzәri әsaslarını formalaşdırmaq vә praktiki tәtbiqi mәsәlәlәrini hәll etmәk üçün zabitlәrin hәrbi xidmәti fәaliyyәtә adaptasiyasının mәzmun vә mahiyyәtini dәqiqlәşdirmәk, hәrbi xidmәtә yeni başlamış zabitlәrin peşәkar kimi formalaşması aspektlәrini üzә çıxarmaq, gәnc zabitlәrin hәrbi xidmәti fәaliyyәtinin tәnzimlәnmәsi vә onların psixoloji gәrginliyinin aradan qaldırılması üsul vә vasitәlәrini müәyyәnlәşdirmәk idarәetmә subyektlәrinin qarşısında duran başlıca vәzifәlәrdәndir.
Adaptasiya (latınca adapto – uyğunlaşıram sözündәndir) – orqanizmin, şәxsin hәyat şәrtlәrinin dәyişmәsinә vә ya ayrı-ayrı tәsirlәrin xarakterinә uyğunlaşmasıdır. Adaptasiya anlayışı XIX әsrdә, әsasәn, biologiyada istifadә olunub, daha sonralar müxtәlif obyektlәrin – orqanizmin, şәxsin vә kollektivlәrin davranışına tәtbiq edilib. Adaptasiya bu vә ya digәr orqanın, mexanizmin fәaliyyәtinin yenidәn qurulması ilә bağlı olub, yeni vәrdişlәrin, keyfiyyәtlәrin, adәtlәrin yaranmasına vә yeni mühitә uyğunlaşmasına gәtirib çıxarır.
İnsanın mühitә adaptasiyasının nizamlayıcıları onun motivlәri, tәfәkkürü, iradәsi, qabiliyyәtlәri, biliklәri vә tәcrübәsidir. Adaptasiya prosesindә yeni keyfiyyәtlәr, xüsusiyyәtlәr yaranmır, insanda mövcud olanlar keyfiyyәtlәr yenilәnir, onun hesabına fәaliyyәtin effektivliyinin saxlanması vә insanın yeni mühiti mәnimsәmәsi vә ona uyğunlaşması reallaşır.
Elmi әdәbiyyatların tәhlili göstәrir ki, ümumilikdә adaptasiya anlayışına müxtәlif yanaşmalar mövcuddur. Dyaçenko M.İ., Kandıboviç L.A., Kulakova M.V., Buyanova V.İ., Kiryakova E.A. vә digәr alimlәr adaptasiya prosesinin psixoloji aspektlәrini, Barabanşikov A.V., Dyaçenko M.İ., Lukov Q.D., Senokosov J.Q, Fedenko N.F. vә başqaları isә gәnc әsgәrlәrin hәrbi xidmәtә adaptasiyası problemlәrini tәdqiq ediblər. Adaptasiya problemlәri ilә bağlı bәzi alimlәrin fikirlәri araşdırılıb, belә ki, Q.P.Medvedev, B.Q.Bubin, Yu.S.Kolesnikov qeyd edir ki, “adaptasiya insanın bütövlükdә cәmiyyәtin vә aid olduğu mühitin (mikromühitin) tәcrübәsinin şәxs tәrәfindәn mәnimsәnilmәsidir". O.E.Neronova hesab edir ki, hәrbi qulluqçuların hәrbi fәaliyyәtә adaptasiyası bu fәaliyyәtin müvәffәqiyyәtli olmasına, hәrbi qulluqçuların psixoloji rahatlığına, adekvat davranışına, hәrbi kollektivdә optimal qarşılıqlı münasibәtlәrinә tәsir edir”. Hәrbi qulluqçuların hәrbi xidmәtә adaptasiyası onların tәdris müәssisәsi kollektivlәrinә (ilkin adaptasiya) vә döyüş kollektivinә (növbәti adaptasiya) ardıcıl olaraq daxil edilmәsidir. E.A.Kiryakova hәrbi qulluqçuların peşәkar adaptasiyasının xüsusiyyәtlәrinin öyrәnilmәsinә psixoloji yanaşmaları tәhlil etib, şәxsiyyәtә yanaşma çәrçivәsindә subyektin xarakterinin istiqamәtlәrini, tәlәblәrini, formasını, qiymәtlәndirilmәsini, peşә-ixtisas üzrә davranış üsullarının öyrәnilmәsinә diqqәt verib. Bir çox alimlәr tәrәfindәn prosessual yanaşma daxilindә peşә fәaliyyәtinә uyğunlaşmanı tәmin edәn proseslәrә, faktorlara, hәmçinin pensiyaya çıxma ilә bağlı müxtәlifformalı münasibәtl әrin mәnimsәnilmәsinә vә yaranmasına, sosio-mәdәni yanaşmada hәrbi qulluqçunun әxlaqi normaları, mәnәvi vә vәtәnpәrvәrlik tәrbiyәsinin xüsusiyyәtlәri, habelә ona tәsir edәn amillәrә baxılmış, motivasion yanaşmada sosial, siyasi, iqtisadi hәyatın kritik şәraitlәrindә motivlәr vә tәlәbatlar öyrәnilib. M.V.Kulakovaya görә, hәrbi hissә daxilindә çağırış üzrә hәrbi xidmәt ekstremal şәraitdә aparılır, belә ki, әsgәrlәr elә şәraitә düşürlәr ki, onların psixoloji dayanıqlılığına yüksәk tәlәblәr qoyulur. Bunun sәbәblәri kimi insanların sәrbәst hәyatdan hәrbi xidmәtә keçmәlәri, adәt etdiklәri mühitdәn, ailәdәn ayrılmaları, әvvәllәr malik olduqları vә rdişlәrdәn imtina etmәlәri, hәrbi xidmәti mәnimsәyә bilmәmәlәri, bәzi hallarda mühitdәn iyrәnmәlәri onlarda psixoloji tarazlığın pozulmasına sәbәb olur. Qeyd edәk ki, hәrbi xidmәti fәaliyyәtdә mövcud şәraitin ekstremallığı hәyat vә sağlamlıq üçün risklә bağlı deyil, sadәcә hәrbi qulluqçuların vәrdiş etmәdiklәri şәraitә düşmәsinin nәticәsidir.
Hәrbi qulluqçuların hәrbi xidmәtә adaptasiyasını çәtinlәşdirәn obyektiv faktorlar kimi hәrbi xidmәtin çәtinliyi, yeni hәyat ritmi, ciddi gün nizamı (rejimi), şәxsi sәrbәstliyin mәhdudlaşdırılması, evdәn, ailәdәn, öyrәşdiyi mühitdәn ayrılma, xidmәtdә müvәffәqiyyәtsizlik, rәhbәrlik vә xidmәt yoldaşları ilә konfliktlәr, hәddәn artıq ciddilik, yüksәk tәlәblәr, әdalәtsizliklәr vә s. göstәrmәk olar. Hәrbi qulluqçuların hәrbi xidmәtә adaptasiyasını çәtinlәşdirәn subyektiv (hәrbi qulluqçunun özün ә aid olan) faktorlar kimi tәhsil sәviyyәsinin aşağı olması, uğursuz ailәdә tәrbiyә, valideynsiz tәrbiyә, uşaq evlәrindә böyümә, milli xüsusiyyәtlәr, digәr millәtlәrә qarşı qeyri-loyal münasibәt vә dözümsüz yanaşma, fiziki zәiflik, kifayәt qәdәr möhkәm olmayan sağlamlıq, әs әbi-psixi dayanıqsızlıq vә s. qeyd edә bilәrik. Bütövlükdә, adaptasiya prosesinin effektivliyi fәrdin özünü vә öz sosial әlaqәlәrini qiymәtlәndirmә sәviyyәsindәn, onun öz tәlәbatı vә mövcud imkanlarını qarşılıqlı qiymәtlәndirmәsindәn, davranış motivlәrini dәrketmә sәviyyәsindәn asılıdır.
Tәhrif olunmuş vә kifayәt qәdәr düzgün olmayan tәsәvvür adaptasiyanın pozulmasına, nәticәdә, yüksәkkonfliktli vәziyyәtә, qarşılıqlı münasibәtlәrin pozulmasına, iş qabiliyyәtinin aşağı düşmәsinә, sağlamlıq vәziyyәtinin vә psixoloji dayanıqlılığının pozulmasına gәtirib çıxara bilәr. Adaptasiyanın dәrindәn pozulması halları ciddi hәrbi intizam pozuntusuna, qanun pozuntusuna vә cәzalanmaya, intihar-etmә cәhdlәrinә, peşә fәaliyyәtinin vә fiziki inkişafın pozulmasına vә әsәbi psixi xәstәliklәrә sәbәb ola bilәr. Belәliklә, adaptasiyanın müvәffәqiyyәtli olması yalnız hәrbi xidmәtin sәmәrәli olmasına deyil, hәm dә hәrbi qulluqçunun hәyat fәaliyyәtinә, emosional vәziyyәtinә vә sağlamlığına tәsir edir.
Gәnc zabitlәrin hәrbi xidmәtә adaptasiyası qarşıda dayanan mühüm mәsә lәlәrdәn biridir. Ali hәrbi mәktәbi yeni bitirmiş vә hәrbi hissәdә vәzifәyә tәyin olunmuş zabitlәrin hәrbi xidmәtә adaptasiyasının özünәmәxsus xüsusiyyәtlәri var. Hәrbi tәrbiyә vә mәnәvi psixoloji iş üzrә idarәetmә subyektlәrinin fәaliyyәtinin qurulması zamanı gәnc zabitlәrin hәrbi kollektivә daxil olması, özünü kollektivin bir üzvü hiss etmәsi kimi xüsusiyyәtlәri nәzәrә almaq lazımdır. Hәr şeydәn әvvәl, qeyd edәk ki, hәrbi xidmәti vәzifәsinin icrasına başlamaq gәnc zabitin hәyatında yeni mәrhәlәdir. Gәnc zabitin vәzifәyә tәyin olunması ilә onun hәrbi hәyatında bir mәrhәlә başa çatır, gәlәcәk karyerasını müәyyәn edәn digәr mәrhәl ә başlayır. Tәhsil müddәtindә hәm öyrәdәnlәr, hәm dә öyrәnәnlәrin fәaliyyәti bütünlüklә, mәzun olacaq gәnc zabitin gәlәcәk f әaliyyәtindә öz funksional vәzifәlәrini vә vәzifә borclarını tam şәkildә yerinә yetirmәyә hazır olması üçün zәruri keyfiyyәtlәrin formalaşdırılmasına yönәldilir.
Müasir hәrbi psixologiyada xidmәt yolunun başlanğıcında gәnc zabitә tәsir edәn sosial vә peşә statusunun dәyişmәsi, yeni xidmәt yerindә komandirlәri, xidmәt yoldaşları vә tabeliyindә olan şәxsi heyәtlә qarşılıqlı münasibәtlәrin qurulması, bölmәnin peşә fәaliyyәtinin xüsusiyyәtlәrinә adaptasiya problemi kimi әsas psixoloji-situasion faktorlar fәrqlәndirilir. Bu istiqamәtlәr vә onların xüsusiyyәtlәri haqqında әtraflı mәlumat verilib. Böyük rәislәr vә tәrbiyәvi iş üzrә onların müavinlәri gәnc zabitin daha tez hәrbi xidmәtә adaptasiya olunması vә onun yeni keyfiyyәtdә daha mәhsuldar işlәmәsini tәmin etmәk üçün öz işlәrini optimallaşdırmaq mәqs әdilә bu faktorları nәzәrә almalıdırlar. Qeyd edәk ki, sosial statusun dәyişmәsi daha mürәkkәbdir, belә ki, o yalnız insanın peşә fәaliyyәti ilә deyil, hәm dә hәyatının bütün sahәlәrini әhatә edir.
İnsan cәmiyyәtinin müasir inkişaf mәrhәlәsindә diferensasiyasına ilk dәfә әsası L.Ueker tәrәfindәn qoyulmuş, A.Turenn, P.Dapentorf, P.Burde, M.Veber tәrәfind әn inkişaf etdirilmiş vә müasir cәmiyyәtә uyğunlaşdırılmış stratifikasiya nәzәriyyәsindә baxılıb. Sosial stratifikasiya (latınca stratum (tәbәqә) + facio (edirәm) – sosiologiyanın әsas anlayışlarından olub cәmiyyәtdә sosial tәbәqәlәşmәnin meyarları, әlamәtlәri sistemini ifadә edir.
Müasir sosial stratifikasiya nәzәriyyәsinә görә hәrbi ali mәktәbdәn buraxılmış zabitin ilk dәfә vәzifәyә tәyinatı onun xidmәti әrzindә әn mürәkkәb dövrdür. Bir tәrәfdәn insan böyük bir mühiti (öyrәnәn/öyrәdәn) tәrk edir, digәr tәrәfdәn başqa bir mühitә (öyrәnәn/işlәyәn) düşür. Burada öyrәnәn ifadәsinin hәr iki halda işlәnmәsi tәsadüfi deyildir. Mәsәlә ondadır ki, müasir hәrbi tәhsil insanı konkret hәrbi peşә-ixtisas üzrә işin ümumi prinsiplәri ilә silahlandırır, mәzunların böyük hissәsi yeni xidmәt yerindә onları nә gözlәdiyini yalnız tәxmini tәsәvvür edir, әtraflı mәlumata sahib olmurlar. Bu vә ya digәr hәrbi hissәdә, hәtta bölmәdә hәrbi xidmәtә hәddindәn çox faktorlar tә sir edir, ona görә ali hәrbi mәktәbdә mәzun gәlәcәkdә xidmәt edәcәyi bölmәnin gündәlik fәaliyyәtinin spesifikası nәzәrә alınaraq öz ixtisas, peşә vә vәzifә öhdәliklәrinin yerinә yetirilmәsinә tam hazırlanmır. Sosial statusun dәyişmәsi sosial adaptasiya prosesinә әhәmiyyәtli dәrәcәdә tәsir edir.
Belәliklә, ali hәrbi mәktәbi bitirdikdәn sonra hәrbi xidmәtini davam etdirmәk üçün yeni xidmәt yerinә gәlәn gәnc zabit, nәinki tabeliyindә olanların hәrbi tәlimi v ә tәrbiyәsini idarә etmәli, hәm dә özünütәrbiyә vә özünütәlimlә mәşğul olmalıdır. Bu gәnc zabitin v әzifә vә peşә borclarını yerinә yetirmәsi prosesinin optimallaşdırılması üçün zәmin hazırlayır. Sosial statusun dәyişmәsi gәnc zabitin dünyagörüşünün inkişafı vә formalaşmasına güclü tәkan verir.
Gәnc zabitin dünyagörüşünә vә adaptasiyasına ciddi tәsir edәn faktorlardan biri tabeliyindә olan şәxsi heyәtә görә artan mәsuliyyәt hissidir. Statistika göstәrir ki, hәtta sülh dövründә belә şәxsi heyәtin xәsarәt alması vә ölüm halları baş verә bilәr – bu hallara görә zabit әn azı mәnәvi mәsuliyyәt daşıyır. Xidmәti şәraitin kәskin dәyişmәsi, mәsuliyyәtin dәfәlәrlә artması zabitin psixikasına ciddi tәsir edir, o güclü psixoloji v ә emosional sarsıntı yaşayır, d әyәrlәrin yenidәn qiymәtlәndirilmәsi, onun hәyat planının köklü dәyişmәsi halı yaranır. Gәnc zabitlәrin hәrbi xidmәtә adaptasiyasına fiziki vә әqli keyfiyyәtlәr, intellektual sәviyyә, şәxsiyyәtin genetikası ilә şәrtlәnәn parametrlәr, davranış vә bu kimi digәr keyfiyyәtlәr dә tәsir edir. Bundan әlavә, zabitin formalaşmış şәxsiyyәti dә tabeliyindә olanların xidmәti borclarını yerinә yetirmәsin ә münasibәti dә özünü göstәrir. Әgәr zabitin şәxsiyyәti Silahlı Qüvvәlәrdә xidmәti davam etdirmәyә istiqamәtlәnmişdirsә, bu hal gәnc zabitin hәrbi xidmәtә tez vә tam adaptasiyasına müsbәt tәsir göstәrir.
Öz rifahını ordunun mәnafeyindәn üstün tutması, xidmәti fәaliyyәtә motivasiyasının zәif, ehtiyata getmә hissinin isә yüksәk olması vә s. faktorlar gәnc zabitin adaptasiyasını mümkünsüz edir. Bütün bunlar komandirlәri vә onların tәrbiyәvi işlәr üzrә müavinlәrini ciddi tәrbiyәvi tәsir üsulları tәtbiq etmәyә mәcbur edir. Komandirlәrin sonrakı f әaliyy әtlәrindә yalnız iki alternativ variant qalır. Birincisi, gәnc zabitә tәrbiyәvi tәsir göstәrilir – bu hal ciddi kadr çatışmazlığı, tәrbiyәvi işin nәticәsindә zabitin mәnfi meyillәrini aradan qaldırma ehtimalı vә perspektivdә zabitin ş әxsi dәyәrlәrinin normallaşdırılması imkanı olduqda özünü doğruldur. İkinci variantda komandir zabitin silahlı qüvvәl әrin sıralarından xaric edilmәsi barәdә yuxarı komandanlıq qarşısında vәsatәt qaldırır. Komandir kadr ehtiyatı kifayәt qәdәr olduqda, zabitin tutduğu vәzifәnin hәrbi hissәnin qarşısına qoyulmuş tapşırıqların icrası üçün ciddi önәmi olmadıqda, g әnc zabitin müntәzәm şәkildә intizamsızlığa yol vermәsi hallarında, onunla böyük hәcmdә tәrbiyәvi iş aparılması praktik olaraq fayda vermәdikdә әn son qәrar kimi bu hala әl ata bilәr.
Gәnc zabitlәrin dәyәrlәr oriyentasiyasının dәyişmәsin ә tәsir edәn amillәrdәn biri dә hәrbi bölmәdә fәrdlәrarası münasibәtlәr, qruplararası qarşılıqlı tәsirlәr vә mәnәvi-psixoloji mühitin xüsusiyyәtlәridir. Müşahidәlәr vә tәhlillәr göstәrir ki, hәrbi kollektivlәrdә şәxslәrarası münasibәtlәr vә qruplararası qarşılıqlı tәsirlәr kollektivin formalaşma müddәti, kollektivdә kadr axını, kollektivi tәşkil edәn hәrbi qulluqçuların şәxsi xüsusiyyәtlәri, hәrbi hissәdә komandir heyәtinin şәxsi xüsusiyyәtlәri vә idarәetmә üslubu, hәmçinin tabeliklәrindә olanlarla formal vә qeyri-formal ünsiyyәt xüsusiyyәtlәrindәn asılıdır. Bütün bunlar gәnc zabitin öz xidmәti öhdәliklәri vә vәzifә borclarını yerinә yetirmәsinә subyektiv münasibәtinin formalaşmasına ciddi tәsir edir.
Hәrbi xidmәtinin başlanğıcında şәxslәrarası vә qruplararası münasibәtlәrin yaxşı olması gәnc zabitin adaptasiyası prosesini sürәtlәndirir vә sonrakı mәrhәlәdә müsbәt tәsirini göstәrir. Qeyri-profil ixtisasına tәyin olunmuş gәnc zabitlәrә metodiki vә texniki kömәk göstәrilmәsi zәruridir. Xüsusi tәyinatlı tәdris müәssisәlәrindә zabitin tәyin olunduğu vәzifә öhdәliklәrinin yerinә yetirilmәsinә hazırlığı minimal, natamam olmuşdursa vә ya tamamilә olmamışdırsa, ona metodiki, texniki, hәmçinin psixoloji dәstәk verilmәsi xüsusilә vacibdir. Әks halda hәmin zabiti itirmiş oluruq.
Tәyin olunduğu hәrbi hissә vә ya bölmәdә mövcud mәnәvi- psixoloji vәziyyәt gәnc zabitin hәrbi xidmәtә adaptasiyasına tәsir edәn amillәrdәndir. Mәsәlә ondadır ki, gәnc zabit bölmә vә kollektivin mәnәvi-psixoloji mühitini әsas götürәrәk bölmәni subyektiv qiymәtlәndirir. Bölmәdәki mәnәvi-psixoloji vәziyyәti aşağı qiymәtlәndirәn zabit vәzif ә borclarına laqeyd yanaşır, onu yerinә yetirilmәsi zәruri olan mәcburi iş hesab edir. Komandirlәrin belә zabitlәrdәn yüksәk peşәkarlıq vә öz vәzifә borclarını yüksәk sәviyyәdә yerinә yetirmәsini gözlәmәsi absurddur.
Ali hәrbi mәktәbdәn mәzun olaraq ilk zabit vәzifәsinә tәyin olunmuş hәrbi qulluqçunun peşәkar statusu köklü şәkildә dәyişilir. Mәzun olana qәdәr tәhsil müddәtindә hәrbi qulluqçu vәzifәli şәxs sayılmırdı. Müvafiq olaraq onun vәzifә öhdәliklәrinin dairәsi vә mәsuliyyәtinin dәrәcәsi tamam fәrqli idi. Zabit xidmәtindә vәzifәyә tәyin olunduqdan sonra isә bu vaxta qәdәr rastlaşmadığı müәyyәn çәtinliklәrlә üzlәşir ki, bu çәtinliklәri dә dәf etmәk üçün onun kifayәt qәdәr tәcrübәsi olmur. Zabitin tәyin olunduğu hәrbi hissә vә hәrbi kollektivin peşә fәaliyyәtinin xüsusiyyәtlәrinә adaptasiyası bir sıra subyektiv vә obyektiv problemlәr yaradır.
Gәnc zabitin peşәkar adaptasiyası әsas iki üsulla reallaşdırıla bilәr. Passiv adaptasiya, әsasәn, “müvafiq bölmәdә peşә fәaliyyәtinin reallaşması qaydası vә nizamı şәxs tәrәfindәn asanlıqla qәbul olunur”, “bölmәdә peşә fәaliyyәtinin vәziyyәti praktik olaraq zabitin bu sahәdә gözlәntilәrinә uyğun gәlir”, “zabit fәaliyyәtinin nәticә vermәyәcәyi vә çalışmağının faydalı olmayacağı qәrarına gәlir” kimi halları әhatә edir. onun. Peşәkar adaptasiyanın sonuncu halı daha konfliktsizdir, lakin praktik olaraq konflikt yaranma ehtimalı var. Bu әn çox o hallarda baş verir ki, zabit bölmәdә peşәkar fәaliyyәtinin reallaşması prosesinin xüsusiyyәtlәrini dәyişmәkdә gücsüz olduğunu qәbul edir. İnsan nә qәdәr özünü cәmlәşdirsә dә adaptasiya mәrhәlәsindә xidmәtә münasibәtdә gözlәntilәri vә reallıq arasında şәxsiyyәtdaxili konfliktin әsası qoyulmuş olur. Bir çox hallarda bu Silahlı Qüvvәlәrin sıralarından xaric olunmaya g әtirib çıxarır. Bәzi hallarda bu konfliktlәrin hәlli arzuolunmaz xarici (dalaşma, yoldaşına silahçәkmә, әsәb pozuntusu vә s.) vә daxili (özünәqәsd cәhdi, alkoqolizmә meyllilik, özünә qapanma vәziyyәti, emosional vәziyyәtin qeyri stabilliyi) xüsusiyyәtlәr forması alır.
Peşәkar adaptasiyanın reallaşması prosesindә neqativ halların qarşısının alınması üçün tәrbiyәvi işlәr üzrә komandir müavinlәri bölmәy ә yeni gәlmiş gәnc zabitlәrin psixoloji vәziyyәtini dinamik olaraq müşahidә etmәlidirlәr. Bu zaman g әnc zabitin ünsiyyәt manerasına, sәliqәliliyinә, davranış qaydalarına әmәl etmәsinә, geyim formasına vә komandirlәr tәrәfindәn ona tutulan iradlara münasibәtinә tabeliyindә olan şәxsi heyәt arasında onun haqqında yaranmış fikirlәrә xüsusi diqqәt verilmәlidir. Gәnc zabitin göstәrilәn xüsusiyyәtlәrinin, xüsusilә, neqativ yöndә kәskin dәyişmәsi onun şәxsiyyәtindә daxili ziddiyyәtlәrin güclәnmәsinә sәbәb ola bilәr, bu nәinki onun peşәkar fәaliyyәtinә, hәm dә bütövlükdә bölmәnin fәaliyyәtinә mәnfi tәsir edә bilәr. Zabit yeni formalaşmış vә ya zabitlәr arasında qarşılıqlı münasibәtlәrin tam formalaşmadığı bölmәyә düşәrsә, bu mәsәlәlәrә daha çox diqqәt edilmәlidir.
Gәnc zabitlәrin hәrbi xidmәtә adaptasiyasının “süni” adaptasiya adlandıracağımız formasına da rast gәlinir. “Süni” adaptasiya sözün hәqiqi mәnasında adaptasiya deyildir. Bu halda gәnc zabit xidmәti vәzifәlәrini formal vә ya qeyri-formal yerinә yetirir. Mәsәlә ondadır ki, zabit yalnız adaptasiya görüntüsü yaradır, yoldaşlarını v ә komandirlәri inandırmağa çalışır ki, o öz funksional öhdәliklәrini vә vәzifә borclarını tam vә hәvәslә yerinә yetirir – әslindә isә gәnc zabitdә şәxsiyyәtdaxili ziddiyyәtlәrin yaranması baş verir. O yalnız zabitin xarici davranışında (xidmәti vәzifәlәrini yerinә yetirmәsi, yoldaşları, komandirlәri vә tabeliyindә olanlarla ünsiyyәt, bütövlükd ә hәrbi xidmәtә münasibәt) deyil, hәm dә onun daxili psixoloji vәziyyәtindә, dünyagörüşündә krizis vә digәr neqativ hallar yaranması ilә üzә çıxır. Digәr tәrәfdәn “süni “ adaptasiya gәnc zabitin bölmәdәki mövcud mәn әvi-psixoloji vәziyyәti hәqiqi mәnada yaxşı tәrәfә dәyişmәsi halında baş verir. Bu halda zabit xidmәti vәzifәlәrinin icrası ilә bağlı komandirlәr tәrәfindәn verilmiş düzgün olmayan qәrarı üzdә qәbul edir vә qәrarların düzgün olmadığını rәislәrinә bildirmir, әslindә bölmәnin fәaliyyәtinin düzgün istiqamәtә yönәldilmәsi üçün özünә tәrәfdaş axtarır, bir növ vaxt udmağa vә hәrәkәtә keçmә anını gözlәyir. Bu halda “süni” adaptasiya pozitiv әhәmiyyәtlidir, belә ki, bölmәnin xidmәti fәaliyyәtindә nizamnamә tәlәblәrinә uyğun konstruktiv dәyişikliklәr edilmәsinin әsası qoyulur.
Hәqiqi hәrbi xidmәtdәn ehtiyata (istefaya) buraxılmış hәrbi qulluqçuların mülki hәyata adaptasiyası problemlәri bir çox ölkәlәrdә hәllini gözlәyәn mәsәlәlәrdәndir. Azәrbaycan Respublikası Silahlı Qüvvәlәrindәn ehtiyata buraxılmış hәrbi qulluqçular üçün qanunla müәyyәn imtiyazlar vә güzәştlәr nәzәrdә tutulsa da, onların mülki hәyata adaptasiyası prosesindә bir sıra problemlәr qarşıya çıxır. Bu probleml әr bir tәrәfdәn hәrbi qulluqçuların maddi tәminatı, digәr tәrәfdәn onların mәnәvi-psixoloji vәziyyәti ilә әlaqәlidir.
Apardığımız araşdırmalar göstәrir ki, ehtiyata buraxılmış hәrbi qulluqçular, xüsusilә, zabit heyәti mülki hәyata adaptasiya prosesindә, әsasәn,
aşağıdakı problemlәrlә qarşılaşırlar:
‒ hәrbi ali tәhsil müәssisәlәrindә verilmiş hәrbi uçot ixtisasının әmәk bazarındakı müasir tәlәbata uyğun gәlmәmәsi – buna görә onların ali tәhsil tәlәb edilәn mülki vәzifәlәrdә çalışma imkanları mәhdudlaşır, onlar ixtisas vә tәcrübәlәri ilә uzlaşmayan azmaaşlı işlәrdә vә ya onların sosial statusuna uyğun olmayan tәsadüfi işlәrdә çalışmağa mәcbur olurlar;
‒ әmәk bazarının tәlәbinә uyğun yeni ixtisasa yiyәlәnmәk, yenidәn hazırlıq problemi – ehtiyata buraxılmış hәrbi qulluqçuların çox az hissәsi yenidәn hazırlıq keçmәdәn münasib iş tapa bilirlәr. Nәzәrә alsaq ki, ehtiyata buraxılmış hәrbi qulluqçu әmәk bazarında vә ya yenidәn hazırlama prosesindә müasir texnologiyalarla silahlanmış gәnclәrlә rәqabәtә girmәli olur vә ya özәl sektorda iş yerlәrinә tәlәblәrdә yaş mәhdudiyyәti qoyulur, onda vәziyyәtin nә dәrәcәdә çәtin olması mәlum olacaq.
‒ yaşayış yeri ilә tәminat – bu problemin hәlli hüquqi-nәzәri baxımdan asan görünә bilәr. Qanuna görә 20 il qüsursuz xidmәt etmiş hәrbi qulluqçu dövlәt tәrәfindәn mәnzillә tәmin edilir. Hәrbi qulluqçuların statusu haqqında Azәrbaycan Respublikasının qanununun 12-ci maddәsindә hәrbi qulluqçuların mәnzil vә ya fәrdi yaşayış evinin tikintisi üçün torpaq sahәsi ilә tәminedilmә hüququ tәsbit olunub. H әmin maddәdә ehtiyata vә ya istefaya buraxılan hәrbi qulluqçuların mәnzil vә yaşayış evinin tikintisi üçün torpaq sahәsi ilә tәmin olunması vә ya әvәzindә pul kompensasiyası verilmәsi şәrtlәri göstәrilib. Tәәssüflә qeyd etmәk lazımdır ki, ehtiyata vә ya istefaya buraxılmış hәrbi qulluqçuların çox hissәsinin mәnzil tәminatı hüququ tәmin olunmayıb. Bu sahәdә müәyyәn tәqdirәlayiq işlәr görülsә dә, boşluqlar hәlә dә qalmaqdadır. Xüsusi qeyd etmәk lazımdır ki, Azәrbaycan Ordusu sıralarında xidmәt keçәn zabitlәrin bir hissәsi, hәtta, tәqvimlә 20 il vә daha çox qüsursuz hәrbi xidmәt keçmәsinә baxmayaraq, bu müddәtin bir hissәsini әvvәllәr digәr hәrbi strukturlarda xidmәt keçmәlәri sәbәbindәn mәnzilә tәmin olunma hüquqlarını reallaşdıra bilmirlәr. Qanunla Azәrbaycan Respublikası Silahlı Qüvvәlәrindә tәqvimlә 20 il vә daha çox qüsursuz xidmәt keçәn hәrbi qulluqçular dövlәt tәrәfindәn mәnzillә tәmin olunur. Hesab edirik ki, qanunun bu maddәsindә “qüsursuz” ifadәsinin çıxarılması hәrbi qulluqçuların mәnafeyinә xidmәt edәr vә dövlәtә nәzәrәçarpacaq qәdәr ziyan vurmaz. Fikrimizcә, hәr hansı zabit xidmәti dövründә aşağı vәzifәyә verilsә vә ya hәrbi rütbәsi bir pillә aşağı salınsa belә, yenә hәrbi xidmәt şәraitindә vә zabit olaraq fәaliyyәt göstәrir. Hәrbi xidmәtkeçmә haqqında әsasnamәyә әsasәn hәrbi qulluqçuya xidmәtdә yol verdiyi nöqsana görә yalnız bir cәza verilә bilәr. Hәrbi qulluqçunun hәrbi xidmәtdә yol verdiyi qüsura görә vәzifә maaşı vә ya hәrbi rütbәsinә görә ödәnilәn pul vәsaitinin miqdarı azalır. Bu isә artıq onun cәzalandırılması demәkdir. Qeyd etdiklәrimiz humanizm nöqteyi-nәzәrindәn vә hәrbi qulluqçuların motivasiyası baxımından düzgün olardı. Praktikada çoxlu sayda nümunәlәr göstәrmәk olar ki, xidmәtinin hansısa mәrhәlәsindә vәzifәsi aşağı salınmış vә ya rütbәsi endirilmiş zabitlәrin böyük hissәsi sonralar Azәrbaycan Ordusunda layiqli yerini tapıb vә yüksәk vәzifәlәrә tәyin olunublar.
Nәticә
Hәrbi qulluqçular üçün h әrbi xidmәt hәm dә sosial müdafiә faktorudur. Hәrbi xidmәtd әn ehtiyata buraxılmış hәrbi qulluqçuların әks әriyyәti psixoloji baxımdan әziyyәt çәkir. Onların sosial adaptasiya mәsәlәlәri hәm cәmiyyәtin, hәm dә dövlәt orqanlarının daim diqqәt mәrkәzindә olmalıdır. Hәrbi xidmәtdәn ehtiyata buraxılmış hәrbi qulluqçuların kompakt yaşadığı әrazilәrdә sosial gәrginliyin azaldılması hәrbi şәhәrciklәr vә digәr yaşayış yerlәrinin xüsusiyyәtlәrini nәzәrә alaraq, onların mülki hәyata adaptasiyası prosesinin nizamlanması yolu ilә hәyata keçiril ә bilәr. Hәrbi xidmәtdәn ehtiyata buraxılmış hәrbi qulluqçuların peşәkar potensialından vә intellektual imkanlarından tam istifadә etmәk üçün şәraitin yaradılması ölkәdә sosial-iqtisadi islahatların irәlilәmәsi vә dәrinlәşmәsini tәmin edә bilәr. Hәrbi xidmәtdәn ehtiyata buraxılmış hәrbi qulluqçuların mülki h әyata adaptasiyası problemlәrinin hәlli mәqsәdilә onların yenidәn hazırlanması vә işә düzәldilmәsi üzrә normativ-hüquqi, metodiki vә informasiya tәminatının tәmin edilmәsi, hәmçinin bununla mәşğul olan vә daimi fәaliyyәt göstәrәn tәşkilati-strukturun yaradılması qarşıda duran vacib mәsәlәlәrdәndir. Hәrbi xidmәtdәn ehtiyata buraxılmış hәrbi qulluqçuların adaptasiyası üzrә iş üç istiqamәtdә – ehtiyata getmәsi planlaşdırılan vә ehtiyata buraxılmış hәrbi qulluqçuların peşә-ixtisas yönümü, özlәrinin vә ailә üzvlәrinin mülki ixtisaslar üzrә hazırlanması, ixtisaslar üzrә iş seçmәl әrindә müvafiq qurumların nümayәndәlәri ilә birgә fәaliyyәt göstәrilmәsi, zәruri hallarda kiçik vә orta biznes fәaliyyәti ilә mәşğul olmalar üçün güzәştli kreditlәr verilmәsi istiqamә tlәrindә reallaşdırılmalıdır. Hesab edirik ki, ehtiyata vә ya istefaya buraxılmış hәrbi qulluqçuların yeni sosial mühitә adaptasiyası problemlәrinin hüquqi nizamlanması mәsәlәsinә dә diqqәt verilmәlidir. Bu mәqsәdlә Azәrbaycan Respublikası Prezident Aparatı, Azәrbaycan Respublikası Milli Mәclisi vә ya Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin rәhbәrliyi vә Azәrbaycan Respublikası Müdafiә Nazirli vә fәaliyyәti hәrbi xidmәt sayılan digәr qurumların, hәmçinin Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyi vә Maliyyә Nazirliyi nümay әndәlәrinin iştirakı ilә “Silahlı Qüvvәlәrdәn ehtiyata vә ya istefaya buraxılmış hәrbi qulluqçuların sosial adaptasiyası” haqqında hüquqi bazanın hazırlanmasını mәqsәdәmüvafiq hesab edirik.
İstifadә edilmiş әdәbiyyat siyahısı
1. Медведев, Г.П., Адаптация – важная проблема педагогики высей школы / Г.П.Медведев, Б.Г.Бубин, Ю.С. Колесников. Москва: Советская педагогика, – 1969. – 31 с.
2. Неронова, О.Э. Специфика адаптации военнослужащих к службе в армии // Вестник Воронежского государственного технического университета, – 2014. Т. 10, № 3-2, – с. 58-59.
3. Кирякова, Е.А. Основные подходы к исследованию профессиональной адаптации военнослужащих офицеров // Северо-Кавказский психологический вестник, – 2012. Т. 10, № 3. – с. 8-11.
4. Кулакова, М.В. Особенности использования методов психокоррекции с целью оптимизации процесса психологической адаптации военнослужащих, проходящих службу по призыву // Вестник Кемеровского государственного университета, – 2014. № 3-1 (59), – с. 127-130.)
5. Буянов, В.И. Социально-психологическая адаптация молодых офицеров к военной службе / В.И. Буянов. – Москва: Военная академия им. Дзержинского, – 1996. – 112 с.
6. Дьяченко, М.И. Психологические проблемы готовности к деятельности / М.И.Дьяченко, Л.А.Кандыбович. – Минск: Изд-во БГУ, –1976. – 176 с.
f.-r.ü.f.d. Möhübbәt Rәsulov
Ordu.az