Müasir müharibәlәrin vә lokal münaqişәlәrin tәcrübәsi göstәrir ki, bir çox dövlәtlәrin, o cümlәdәn ölkәmizin silahlı qüvvәlәrindә silahlanmada olan cütlәşdirilmiş ZU-23-2 zenit qurğusu aşağı hündürlükdә uçan hava hәdәflәrini, elәcә dә düşmәnlә birbaşa tәmas şәraitindә hәm qrup, hәm dә tәk yerüstü vә suüstü hәdәflәri (zirehli vә avtomobil texnikaları, artilleriya, minaatan vә pulemyot mövqelәri, zirehli qayıqlar vә s.) mәhvetmә imkanına malikdir.
Hazırda pilot tәrәfindәn idarәolunan bir çox müasir tәyyarәlәr (mülki tәyyarәlәr dә daxil olmaqla) hәm әl, hәm dә avtomatik rejimlәrdә relyefi qurşamaqla uçuşu mümkün edәn avadanlıqlarla tәchiz olunub vә 150 m-ә qәdәr hündürlükdә uça bilir. Eyni zamanda, müasir silahlı münaqişәlәrdә kәşfiyyat, elәcә dә qarşı tәrәfin obyektlәrinә zәrbәlәrin endirilmәsi mәqsәdilә pilotsuz uçuş aparatlarından geniş istifadә edilir. Bu baxımdan onlara qarşı mübarizә üçün silahlanmada olan köhnәlmiş zenit qurğularının effektivliyinin artırılması istiqamәtindә modernlәşdirmә işlәrinin aparılması aktual mәsәlәlәrdәndir.
Döyüş mövqeyinә yerlәşdirilәn ZU-23-2 zenit qurğusu 2500 m uzaqlıqda vә 1500 m hündürlükdә vizual görünәn hava vә yerüstü (suüstü) hәdәflәri, habelә düşmәnin canlı qüvvәsini vurma imkanına malikdir. Bu silah motoatıcı bölmәlәrin istifadә etdiyi hәr hansı digәr silah növü ilә müqayisәdә olduqca effektivlidir. Belә ki, ZU-23-2 qurğusu istehsal olunduğu tarixdәn etibarәn, demәk olar ki, bütün müharibә vә hәrbi münaqişәlәrdә yalnız hava döyüşündә deyil, yerüstü döyüşlәrdә dә geniş istifadә edilib.
Lakin әllә idarәedilәn bu silahın hava hәdәfinin uçuş parametrlәrini “gözәyarı” tәyinetmә vә onu vurma ehtimalı 0,01-dәn çox deyil. Bu sәbәbd әn ZU-23-2 zenit qurğusunun döyüş effektivliyinin yüksәldilmәsi istiqamәtindә müvafiq elmi tәdqiqat işlәrinin hәyata keçirilmәsi zәruridir.
Mәqalәdә mәqsәd mövcud ZU-23-2 zenit qurğusunun tәtbiqindә aşkar edilmiş çatışmazlıqları tәhlil etmәk vә onun döyüş effektivliyinin elmi-texniki aspektlәrini nәzәrdәn keçirimәkdir.
ZU-23-2 zenit qurğusunun döyüş effektivliyinin yüksәldilmәsini tәlәb edәn amillәr
Cütlәşdirilmiş ZU-23-2 yedәyәalınan zenit artilleriya qurğusu 50-ci illәrin sonlarında Sovet İttifaqında işlәnilib, 60-cı illәrdә isә silahlanmaya qәbul edilib. Sonradan bu qurğular ixrac üçün istehsal olunub, elәcә dә bәzi xarici ölkәlәr tәrәfindәn lisenziya ilә dә buraxılmağa başlanıb. Keçәn dövr әrzindә ZU-23-2 zenit qurğularının ümumi istehsalı 140 min әdәddәn çox olub. Bu silah tәxminәn altmışa yaxın ölkәdә silahlanmaya qәbul edilib. Hazırda ZU-23-2 zenit qurğuları Rusiya, Ukrayna, Belarus, Polşa, Anqola, Ermәnistan, Әfqanıstan, Bolqarıstan, Vyetnam, Misir, Yunanıstan, Hindistan, İran, Liviya, Kuba vә digәr ölkәlәrin ordularında silahlanmadadır.
Qeyd etmәk lazımdır ki, ZU-23-2 zenit qurğuları Әfqanıstan vә İraq müharibәlәrindә, Liviya vә Suriyada keçirilәn döyüşlәrdә tәtbiq edilib. ZU-23-2 zenit qurğuları Ukraynanın Silahlı Qüvvәlәri vә Milli Qvardiyası tәrәfindәn antiterror әmәliyyatları (ATO) zonasında, elәcә dә әks-tәrәfdәn geniş istifadә olunur .
Yarandığı dövr üçün ZU-23-2 zenit qurğuları olduqca yüksәk texniki göstәricilәrә malik olub, lakin döyüş aviasiyasının sonrakı inkişafı onların döyüş effektivliyini xeyli aşağı salıb. Ona görә dә döyüş potensialını artırmaq vә effektivliyini saxlamaq üçün bu zenit qurğularının texniki baxımdan yenilәnmәsi vә modernlәşdirilmәsi tәlәb olunur.
Müasir müharibә vә lokal münaqişәlәrdә ZU-23-2 zenit qurğusunun yerüstü vә suüstü hәdәflәrә qarşı istifadәsi zamanı bir sıra çatışmazlıqlar aşkar edilib. Bu çatışmazlıqlar, әsasәn,
aşağıdakılardan ibarәtdir:
‒ hava hәdәflәrini mәhv etmәk üçün tәlәb olunan çox yüksәk atәş sürәti (bir lülәdәn dәqiqәdә 1000-ә qәdәr atәş vә eyni zamanda iki lülәdәn 10 20 mәrmi olmaqla yalnız növbәli atәş) 100 atışdan sonra lülәlәrin ehtiyat lülәlәrlә әvәzlәnmәsini tәlәb edir, elәcә dә hәrәkәt edәn yerüstü vә suüstü hәdәflәri mәhv etmәk üçün lazım olan mәrmi sәrfinin xeyli artmasına sәbәb olur.
‒ hәm sağ, hәm dә sol lülә üzrә azimut vә yer bucaqları “yaddaşının” olmaması;
‒ cәbhә xәttindә yerüstü vә suüstü hәdәflәrә qarşı, elәcә dә hәrbi obyektlәrin müdafiәsi mәqsәdilә istifadә edildikdә şәxsi heyәtin böyük itkisi (qurğunun 5 nәfәrdәn ibarәt heyәti var).
Yuxarıda göstәrilәnlәr çatışmazlıqlar, elәcә dә hazırda döyüş meydanında geniş tәtbiq edilәn pilotsuz uçuş aparatlarına qarşı effektiv istifadә zәrurәti hәm hava, hәm dә yerüstü (suüstü) hәdәflәrә qarşı istifadә edilәn ZU-23-2 zenit qurğusunun modernlәşdirilmәsini tәlәb edir.
ZU-23 zenit qurğusunun döyüş effektivliyinin yüksәldilmәsinin texniki aspektlәri
Hazırda onlarla ölkәnin silahlanmasında olan ZU-23 qurğusu әsas döyüş tapşırığını hava hücumundan müdafiәni yerinә yetirdiyi zaman hәdәfin vurma zonasını uçub keçmәsi müddәtindә (200 m/s sürәtlә uçan tәyyarә) 0,023 vurulma ehtimalını tәmin edә bilir. Bu qurğudan istifadә etmәklә müasir yüksәksürәtli vә yüksәkmanevrli hәdәfin tәminatlı vurulma ehtimalı daha da azdır. Bütün bunlara baxmayaraq, ZU-23 qurğusu hava, yerüstü vә suüstü hәdәflәr üçün çox tәhlükәlidir. Belә ki, 23 mm-lik bir neçә mәrmi istәnilәn silah vә texnikanı sıradan çıxara bilәr.
Mәlumdur ki, hәr hansı bir silah vә hәrbi texnika zaman keçdikcә köhnәlir, mövcud tәlәblәrә cavab vermir vә müvafiq bölmәlәrin döyüş potensialının zәiflәmәsinә sәbәb olur. Ona görә dә lazımi xüsusiyyәtlәri qorumaq vә döyüş keyfiyyәtlәrini yaxşılaşdırmaq üçün mövcud nümunәlәrin mütәmadi olaraq tәkmillәşdirilmәsi vacibdir. Bu baxımdan silah vә texnikanın modernlәşdirilmәsi ilә bağlı yeni layihәlәr bir çox ordular üçün böyük maraq doğurur. Müxtәlif ölkәlәrdә orduların ehtiyacını görәn Rusiya müdafiә sәnayesi hazırda köhnәlmiş ZU-23-2 zenit qurğusunun döyüş effektivliyinin artırılması mәqsәdilә müxtәlif layihәlәr tәklif edir.
Rusiyanın A.E.Nudelman adına KB Toçmaş (КБ Точмаш) konstruksiya bürosu tәrәfindәn tәklif edilәn birinci layihә tuşlama vә nişangah sistemlәrinin tәkmillәşdirilmәsini, bu baxımdan avtomatların imkanlarından daha yaxşı istifadәni nәzәrdә tutur. Layihәnin icrası nәticәsindә tәkmillәşdirilmiş zenit qurğusu ZU-23M adını alıb.
Bu variant üzrә modernlәşdirmә zamanı zenit qurğusuna üfüqi vә şaquli tuşlama üçün elektromexaniki intiqallar, tuşlama pultu, daxilinә miniatür baxış qurğusu, elәcә dә hava vә yerüstü hәdәflәri izlәmәk üçün işıqlandırıcı torlar quraşdırılmış binokulyar kollimator nişangahı, tәrkibindә lazer uzaqlıqölçәni olan optik-elektron sistem, televiziya kanalı, optik-mexaniki qovşaq (gecә işlәmәk üçün istilikaxtarma kanalı vә ya TV sistemi dә әlavә edilә bilәr), avtomatik tutma vә müşayiәt (avtomatik hәdәfizlәmә) cihazı quraşdırılıb.
ZU-23M qurğusunun tәrkibindәn ZAP-23 nişangah sistemi vә operatorun iş yeri çıxarılıb, onlar fırlanan platformada optiki-elektron modul vә elektron idarәetmә avadanlığı yerlәşәn konteynerlә әvәz edilib. Bu tәdbirlәr nәticәsindә hava hәdәfinin vurulma ehtimalının 3 dәfә artırılması nәzәrdә tutulur.
Döyüş qabiliyyәtini daha da artırmaq üçün modernlәşdirilmiş ZU-23-dә “İqla”, “Stinger” vә ya digәr növ iki raket üçün buraxma qurğularının quraşdırılmasının mümkünlüyü dә nәzәrә alınıb.
Yuxarıda göstәrilәn tәkliflәrin uzun müddәt әvvәl verilmәsinә baxmayaraq, Rusiya Ordusunun silahlanmasında hәlә dә köhnәlmiş ZU-23 zenit qurğularına rast gәlinir, belә ki, onları modernlәşdirilmiş ZU-23M sәviyyәsinә çatdırmaq üçün ordu büdcәsindә kifayәt qәdәr vәsait yoxdur.
Rusiyada 23 mm-lik ZU -23-2 zenit qurğularının modernlәşdirilmәsi istiqamәtindә digәr işlәr dә hәyata keçirilib. Belә ki, Kubinkadaki (Rusiya) “Ordu-2016” Beynәlxalq Forumunda “Podolsk Elektromexanika Zavodu” ASC iki variantda modernlәşdirilmiş 23 mm-lik zenit silahı tәqdim edib: ZU-23/30M1-4 vә ZU-23/30M1-3.
ZU-23/30M1-4 zenit qurğusu azhәrәkәtli vә stasionar obyektlәri taktiki qırıcıların, hücum aviasiyasının, helikopterlәrin, elәcә dә aşağı vә son dәrәcә aşağı yüksәkliklәrdә uçan bәzi növ pilotsuz uçuş aparatlarının hücumlarından qorumaq, paraşütlә atılan hәdәflәri, yerüstü (suüstü) yüngül zirehli hәdәflәri vә düşmәnin toplaşmış canlı qüvvәsini günün istәnilәn vaxtında vә mәhdud görünmә şәraitindә vurmaq üçün tәyin edilib.
Bu layihәnin icrası zamanı ZU-23-2 aşağıdakılarla tәchiz olunub:
‒ silahı üfüqi vә şaquli müstәvidә tuşlamaq üçün elektrik güc intiqalları;
‒ operatorun tuşlama pultu;
‒ idarәetmә vә indikasiya pultu;
‒ optik-elektron qurğusu;
‒ videobaxma qurğusu;
‒ rәqәmsal hesablama sistemi;
‒ elektrik qidalanma sistemi.
Tәkmillәşdirilmiş ZU-23/30M1-4 zenit qurğusu hәdәfin axtarışı, aşkar edilmәsi, hәdәfizlәmә vә atәş açmaq üçün qәrarın verilmәsi proseslәrinin avtomatlaşdırılmasını, zenit qurğusunun effektivliyinin on dәfәdәn çox yüksәldilmәsini, istәnilәn hava şәraitindә effektiv döyüş tәtbiqini vә silahların hәdәfә tuşlama sürәtinin kifayәt qәdәr artırılmasını tәmin edir.
ZU-23/30M1-3 zenit qurğusu azhәrәkәtli vә stasionar obyektlәri taktiki qırıcıların, hücum aviasiyasının, helikopterlәrin, qanadlı raketlәrin vә mәsafәdәn idarәolunan bәzi növ pilotsuz uçuş aparatlarının hücumlarından raket-top silahlarından istifadә etmәklә qorumaq, yerüstü (suüstü) elәcә dә yüngül zirehli hәdәflәri vә düşmәnin toplaşmış canlı qüvvәsini günün istәnilәn vaxtında vә mәhdudgörünmә şәraitindә top silahı ilә vurmaq üçün tәyin edilib.
ZU-23-2 qurğusunun modernlәşdirilәrәk ZU-23/30M1-3 sәviyyәsinә çatdırılması zamanı ZU-23/30M-4-dә istifadə edilәn avadanlığa әlavә olaraq, daşınan zenit-raket kompleksinin (DZRK) raketlәrinin buraxma modulu vә raket buraxılmasını idarәetmә pultu da quraşdırılıb.
23 mm-lik ZU-23-2 cütlәşdirilmiş zenit qurğusunun erkәn modifikasiyaları 2014-2019-cu illәrdә Donbasda antiterror әmәliyyatı (ATO) zamanı Ukrayna Ordusu tәrәfindәn geniş şәkildә istifadә edilib.
Silah bazarında zenit qurğularının modernlәşdirilmәsi texnologiyasını sovetlәr dövründә bu silahı әldә etmiş ölkәlәr aktiv olaraq mәnimsәyirlәr. Belә ki, Varşava müqavilәsi xәtti ilә SSRİ-dәn külli miqdarda hәrbi texnologiyalar almış Polşa tankların atıcı silahlarının, dartıcıların, “Strela-2”, “İqla” DZRK-ların, elәcә dә ZU-23-2 zenit qurğusunun istehsalı texnologiyasını da әldә edib. Ona görә dә Rusiya qarşısında heç bir cavabdehliyi olmayan Polşa sovet silahlarının sәrbәst istehsalı vә satışı ilә mәşğuldur. Bu baxımdan, ZU-23-2 istehsalı texnologiyası әsasında Tarnovadakı maşınqayırma zavodunda bir sıra modernlәşdirilmiş vә yenidәn işlәnmiş nümunәlәr istehsal edilir.
Standart qurğunun bazasında iki variant ‒ ZU-23-2S vә ZU-23-2M yaradılıb. Yenidәn işlәnmiş ZUR-23-2S “JOD” adlandırılan zenit qurğusu yeni, sadәlәşdirilmiş optik nişangah vә 2K32M (9M32 “Strela-2M”) zenit raketlәri vә ya hәdәfgöstәrmә sistemi olan yeni “Qrom” raketi (“İqla” raketinin analoqu) üçün iki buraxma qurğusu ilә tәchiz edilib.
Qurğunun artilleriya bölmәsi müdafiә atәşini, raketlәr isә maneә olmadıqda hәdәfin etibarlı vurulmasını tәmin edir. Yerüstü hәdәflәrә qarşı mübarizәdә tәkmillәşdirilmiş ZU-23-2-nin effektivliyi standart qurğunun effektivliyi sәviyyәsindә saxlanılır.
Rәsmi mәnbәlәrdәn verilmiş mәlumata görә Polşa Müdafiә Nazirliyi vә PGZ dövlәt şirkәti hava hücumundan müdafiә PSR-A Pilica raket sistemlәrinin istehsalı ilә bağlı 2017-ci ildә müqavilә bağlayıb. Müqavilәyә әsasәn, 2019-2022-ci illәrdә altı PSR-A Pilica batareyası 211 milyon ABŞ dolları dәyәrindә zenit-raket qurğuları ilә tәmin edilәcәk. Qeyd olunur ki, bu kiçik uzaqlıqlı zenit qurğuları ölkәnin әsas hava hücumundan müdafiә sistemlәrindәndir.
Bir Pilica batareyası altı ZUR-23-2SP Jodek kombinә edilmiş raket-artilleriya-zenit sistemi ilә silahlanacaq, DZRK “Qrom” tezliklә modernlәşdirilmiş DZRK Piorun sistemi ilә әvәzlәnәcәk. Pilica sistemlәri avtonom batareya şәklindә qurulub, kompüterlәşdirilmiş atәşi idarәetmә sistemindәn vә әlavә optiki-elektron cihazlardan istifadә edir. “Qrom” raketi 5 km-ә qәdәr mәsafәdә, 23 mm-lik top isә 2 km-ә qәdәr uzaqlıqda olan hәdәflәri vura bilir.
Hazırda müharibә vәziyyәtindә olan Ukraynada da ZU-23-2 zenit qurğularının modernlәşdirilmәsi istiqamәtindә müvafiq elmi tәdqiqat işlәri aparılır, müxtәlif layihәlәr tәklif edilir. KB “Artilleriya silahları” (Kiyev) dövlәt müәssisәsi idxalın әvәzlәnmәsi proqramı çәrçivәsindә öz dövriyyә vәsaitlәri hesabına ZU-23-2 (2A13) zenit qurğusu üçün 23 mm kalibrli КБА40 lülәlәrini işlәyib hazırlayıb vә onların istehsalını tәşkil edib. KBA40 lülәlәrinin yaradılması proqramının icrası KB “Artilleriya silahları” dövlәt müәssisәsindәn avtomatik topların ballistik xüsusiyyәtlәrini yaxşılaşdırmaq üçün yeni istehsal dövrlәrinin mәnimsәnilmәsini tәlәb edib. Hazırda silah ustaları Ukraynanın güc strukturları tәrәfindәn KBA40-nın qәbul edilmәsi üçün vacib şәrt olan sınaq mәrhәlәlәrini keçirirlәr. Güman edilir ki, KBA40 yüksәk sürәt vә atәş hәddinә görә hava vә yerüstü hәdәflәri mәhv etmәyin tәsirli bir vasitәsi kimi özünü tәsdiqlәyәn ZU-23-2 zenit qurğularında sovet istehsalı olan oxşar lülәlәri әvәz etmәyә imkan verәcәk. Eyni zamanda, “Ukroboronprom” dövlәt konserninin әlaqәli müәssisәlәrindә Ukrayna istehsalı olan zirehli maşınları KBA40 lülәlәri ilә tәchiz etmәk üçün onlardan istifadә edәrәk döyüş modullarının hazırlanması istiqamәtindә intensiv işlәr aparılır.
21 sentyabr 2018-ci il tarixindә Ukraynanın Çerniqov bölgәsindәki hәrbi tәlim poliqonunda tәkmillәşdirilmiş ZU-23-2 zenit qurğusu ilk dәfә nümayiş olunub vә onun atış sınaqları keçirilib.
Qeyd edilir ki, modernlәşdirilmiş ZU-23-2 zenit qurğuları hәm standart әl, hәm dә avtomatik rejimlәrdә işlәyir. Әllә idarәetmә rejimindә zenit qurğusu operator tәrәfindәn mәsafәdәn (sığınacaqdan) joystikdәn istifadә etmәklә idarә olunur. Bu zaman avtomatik atәşә nәzarәt sistemi bir operatora, hәtta, bir neçә zenit qurğusundan (6 әdәdәdәk) atәş açmağa imkan verir. Zenit qurğusunun avtomatik hәdәf aşkaretmә vә atәşә nәzarәt sistemlәrinin birgә istifadәsi hava vә yerüstü hәdәflәrin, xüsusәn dә PUA-ların yüksәk ehtimalla vurulmasını tәmin edir.
Belәliklә, yuxarıda göstәrilәnlәr pilotsuz uçuş aparatları, helikopter vә s. kimi hava hәdәflәrinә, elәcә dә yerüstü vә suüstü hәdәflәrә qarşı daha effektiv istifadә üçün ZU-23-2-nin yenilәnmisini vә döyüş effektivliyinin yüksәldilmәsini zәruri edir.
Bunun üçün aşağıda göstәrilәn istiqamәtlәri elmi tәdqiqat işlәrinin aparılması zәruridir:
‒ zenit-artilleriya qurğusunun şәxsi heyәtinin itkilәrinin minimuma endirilmәsi üçün uzaqdan idarәetmә sisteminin tәtbiqi;
‒ mәrmi sәrfini azaltmaq üçün tәk vә ikili atış rejimlәrinin tәtbiqi, hәmçinin atәşlәrin qısa növbәlәrlә (3-5 atәşlә) açılması;
‒ ZU-23-2-nin azimut vә yer bucağı üzrә mәsafәdәn idarә edilmәsi zamanı tәk, cüt atәş vә qısanövbәli rejimlәrdә iki pulemyotla ayrıca atәşaçma ehtimalının qiymәtlәndirilmәsi;
‒ ZU-23-2-nin idarәetmә pultunun texniki-tәtbiqi vasitәlәrinin işlәnmәsi;
‒ optiki elektron idarәetmә sisteminin işlәnmәsi;
‒ mәsafәdәn idarәetmә sisteminin rabitә xәtlәrinin vә icraedici mexanizmlәrinin işlәnmәsi;
‒ mәsafәdәn idarәedilәn Zu-23-2-nin döyüş tәtbiqi taktikasının işlәnilmәsi;
‒ mәsafәdәn idarәedilәn Zu-23-2-nin taktiki vә texniki xüsusiyyәtlәrinin eksperimental tәyini;
‒ mәsafәdәn idarәetmә rejiminә vә әksinә keçid zamanı ZU-23-2-nin komponentlәrini qoşmaq üçün vasitәlәrin işlәnmәsi.
Tәhlil göstәrir ki, yuxarıda göstәrilәn sahәlәrdә yaranan әsas elmi-texniki problemlәrin hәlli üçün
aşağıdakı vәzifәlәr qarşıya qoyulmalıdır:
‒ ZU-23-2 zenit qurğusunda mәsafәdәn idarәetmә elektron cihazları üçün mümkün texniki reallaşdırma vasitәlәrinin müqayisәli tәhlili;
‒ mәsafәdәn idarәetmә pultunun (MİP) proqram tәminatının işlәnmәsi;
‒ tәk, cüt atәş vә qısanövbәli rejimdә (3–5 atәş) mәsafәdәn idarәolunan ZU-23-2 qurğusunun icraedici mexanizmlәri üzrә tәkliflәrin hazırlanması, eyni zamanda yuxarıda göstәrilәn bütün rejimlәrdә ZU-23-2 qurğusunun pulemyotlarının mәsafәdәn idarә edilmәsi üçün tәkliflәrin hazırlanması;
‒ ZU-23-2 qurğusunun atәş dәqiqliyini artırmaq üçün tәkliflәrin hazırlanması. Mәlumdur ki, ZU-23-2-nin kifayәt qәdәr yüksәk atәş dәqiqliyinә malik olmaması sәbәbindәn, bütün zona üzrә uçuş zamanı 200 m/s sürәtlә uçan hәdәfin vurulma ehtimalı yalnız 0,023 tәşkil edir;
‒ ştatda olan optik nişangahın müasir videomüşahidә sistemi ilә modernlәşdirilmәsi (әvәz edilmәsi) imkanlarının qiymәtlәndirilmәsi (azhәrәkәtli vә stasionar yerüstü hәdәflәrә atәş açmaq üçün ştatda olan optik nişahgaha optik yerüstü nişangahın quraşdırılması. Optik yerüstü nişangahın zenit nişangahından asılı olmayan vizirlәmә xәtti var);
‒ Zu-23-2 qurğusunun mәsafәdәn idarәetmә pultu ilә icraedici mexanizmlәri arasında mәlumatı ötürәn maneәyәdavamlı xәttin (yüksәktezlikli siqnallardan istifadә edәn aparıcı rabitә vә ya radio xәtti) texniki realizasiya vasitәlәrinin müqayisәli tәhlili.
Yuxarıda göstәrilәn elmi-texniki problemlәrin hәlli Azәrbaycan Respublikası AMEA-nın mövcud elmi potensialından, döyüşlәrdә iştirak etmiş zabitlәrin tәcrübәsindәn vә müasir texnologiyaların imkanlarından istifadә etmәklә mümkündür. Bu baxımdan Azәrbaycan Respublikası Silahlı Qüvvәlәrindә silahlanmada olan ZU-23-2 zenit qurğusunun döyüş effektivliyinin yüksәldilmәsi istiqamәtindә elmi tәdqiqat işlәrinin aparılması vacibdir.
İstifadә edilmiş әdәbiyyat siyahısı
1. 23-мм спаренная установка ЗУ-23. Руководство службы. Часть I . Устройство и эксплуатация / Под ред. А.Д.Вавилова.- 3-е издание, исправ. и доп. - Москва: Военное издательство МО СССР, – 1977. – 269 с.
2. Махинько О.В. Устройство и эксплуатация 23-мм зенитной установки ЗУ-23: учебное пособие / О.В. Махинько. – Томск: Изд-во Томского политехнического университета, – 2012. – 92 с.
3. Рябов К. Ракетно-артиллерийская «Зушка»: модернизация ЗУ-23: [Электронный ресурс].
– 30 августа 2013. URL: https://topwar.ru/32575-raketno-artilleriyskaya-zushka-modernizaciya-zu-23.html.
4. Соколов А. ЗУ-23/30М1: Старая зенитка с новой эффективностью: [Электронный ресурс] / Оружие России. – 29.10.2015. URL:https://www.arms-expo.ru/analytics/vooruzhenie-i-voennaya-tekhnika-/zu-23-30m1-staraya-zenitka-s-novoy-effektivnostyu/.
5. Зенитная установка ЗУ-23-2: [Электронный ресурс] / URL: https://enovosty. com/armiya /full/847-zenitnaya-ustanovka-zu-23-2.
6. Larson, C. This Big Russian Anti-Aircraft Gun is Enjoying a Renaissance: [Elektronic resource] / The national interest. – 28 may 2020. URL:https:// nationalinterest.org/blog/buzz/big-russian-anti-aircraft-gun-enjoying-renaissance-158216.
7. 23-ММ модернизированная зенитная установка ЗУ-23/30М1: [Электронный ресурс]. – 20.07.2015. URL: http://nevskii-bastion.ru/zu-23-30m1/.
8. Кокурин, В. Модернизация ЗУ-23: огонь станет точным // – Москва: Военный парад, – 1998. №4, – с.74-77.
9. ЗУ-23 длинная рука российского солдата: [Электронный ресурс] / БТВ, – 2002. Выпуск 1. URL: http://pvo.guns.ru/zu23/zu23_btv.htm#8.
10. Рябов, К. ЗУ-23/30М1-3 и ЗУ-23/30М1-4. Проекты модернизации устаревшей зенитной установки: [Электронный ресурс] / Военное обозрение. – 26.09.2016. URL: https://topwar.ru/ 101148-zu-23-30m1-3-i-zu-23-30m1-4-proekty- modernizacii - ustarevshey-zenitnoy-ustanovki.html.
11. Украинская группировка на Донбассе: количество и качество: [Электронный ресурс] / Вестник Мордовии. URL: https://vestnik-rm.ru/articles/blog-tankoveda-1945-stranicy-voennoj-istorii/ ukrainskaya-gruppirovka-na-donbasse-kolichestvo -i-kachestvo.
12. Военно-техническое сотрудничество России с зарубежными государствами: анализ рынков / М. С. Барабанов, К. В. Макиенко, Р. Н. Пухов [и др.]. – Москва: Наука, – 2008. – 470 с.
13. Artillery-defense missile system PSR-A PILICA (Poland): [Elektronic resource]. 02.12.2016.
URL: http://nevskii-bastion.ru/psr-a-pilica-poland/.
14. Модернизированный вариант зенитной установки ЗУ-23-2: [Электронный ресурс]. – 22 сентября 2018 г. URL: https://rochensalme.livejournal.com/156602.html.
Ordu.az