Ordu.az xəbər verir ki, bunu növbəti videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Şənbə günü səkkiz humanitar dəhliz fəaliyyət göstərib. 6 623 nəfəri xilas etmək mümkün olub. <...> Atəş açıldığına görə biz Kiyev vilayətinin Borodyanka şəhərindən insanları təxliyə edə bilmədik. Amma biz bu cəhdləri davam etdirəcəyik. Ukraynalılar Bervitsa, Buça, Boqdanovkadan Brovarıya təxliyə edilib. Luqansk vilayətinin Lisiçansk, Popasna, Severodonetsk və Rubijne ərazilərində insanlar Baxmuta aparılıb. Mariupolun 4000-dən çox sakini Zaporojyeyə gedə bilib", - deyə V.Zelenski bildirib.
Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, Xerson vilayətinə humanitar yardım çatdırmaq mümkün olmayıb.
Ordu.az