Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Edqar Elbakyan yazıb.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Hand kəndində yerləşən bir ərazidə, habelə həmin kəndin qəbiristanlığının ətrafındakı ərazilərdə irəliləyib və kəndən cəmi 1 km məsafədə mövqe tutub.
“Məqsəd siyasi üstünlükdən, yəni Ermənistandakı öz itaətkar hakimiyyətlərinin mövcudluğundan istifadə etmək, yəni Tsav çayının axını ilə irəliləmək və Sraşan-Tsav, yəni Qafan-Şıxovuz-Şvanidzor-Mehri yolunu kəsməkdir”, - deyə Elbakyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az