Ermənistan prezidentinin andiçməsində kimlər iştirak edib?

2022/03/image-1647340387.jpg
Oxunub: 392     16:22     15 Mart 2022    
Ermənistan prezidenti Vahaqn Xaçaturyanın andiçmə mərasimi bazar günü Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, mərasimdə hökumət rəsmiləri - Baş nazir Nikol Paşinyan, hazırkı prezident Alen Simonyan, Arayik Arutyunyan, bütün ermənilərin katolikosu, hökumət üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

“Ermənistan prezidentinin andiçmə mərasimində özlərini müxalifət elan edən müxtəlif siyasi qüvvələrin nümayəndələri də iştirak ediblər. Bunlar əsasən parlamentdənkənar qüvvələrdir ki, onlar müntəzəm olaraq Nikol Paşinyanla görüşərək milli konsensus təəssüratı yaradır və ya hakimiyyətə hansısa məsələlərdə xidmət göstərirlər. Edmon Marukyan və Davit Xajakyan, Arman Babacanyan zalda idilər. Tədbirdə türk iti olmaq arzusunda olan Levon Şirinyan və komandir Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan da olub. Hakimiyyətin qəlbində olan iş adamı Samvel Aleksanyan, Milli Elmlər Akademiyasının keçmiş prezidenti Radik Martirosyan və başqaları da iştirak edirdilər. Qeyd edək ki, Aleksanyan tədbirə həyat yoldaşı olmadan qatılıb. Bizdə olan məlumata görə, xanım Şoğerina qonaqlar siyahısında olmayıb. Aleksanyan açıq şəkildə zalda özünü tək hiss edirdi, hökumət onunla ictimai yerlərdə ünsiyyətdən yayınır. Və günün sürprizi, bəlkə də, katolikosun hakimiyyətin gizli tənqidini ehtiva edən sözü oldu. Aydındır ki, II Qaregin hakimiyyət nümayəndələri və Nikol Paşinyan onu dinləsinlər deyə bu cür çıxış edirdi. Təbii ki, dinləmək və anlamaq fərqli şeylərdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Prezident  


Bizi "telegram"da izləyin