Rusiya Vasilyevka-Poloqi istiqamətində ciddi itki verib

2022/03/1647330373.jpg
Oxunub: 633     11:56     15 Mart 2022    
Zaporojye Vilayət Hərbi İdarəsi Rusiya ordusunun Vasilyevka-Poloqi istiqamətində itki verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə idarənin sədri Aleksandr Starux "Telegram" kanalında məlumat yayıb.

Vurğulanıb ki, Rusiya hərbi ehtiyaclar üçün mülki infrastrukturdan istifadə edərək artilleriya, tank, qumbaraatan, minaatan və helikopterlərdən fəal şəkildə istifadə etməkdə davam edir, lakin ruslar Zaporojye diyarı ərazisində hərbi əməliyyatların aparılması kimi əsas məqsədinə nail olmayıb.

"Bizim bölmələrə gəlincə, onlar Rusiyaya həm ön cəbhədə, həm də onun əməliyyat və döyüş birləşmələrinin dərinliyində atəş zərbələri endirməyə davam edir. Rusiya Vasilyevka-Poloqi istiqamətində itki verib", - deyə məlumatda qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin