Ordu.az xəbər verir ki, bunu ABŞ-da fəaliyyət göstərən “The California Courier” nəşrinin redaktoru Harut Sasunyan deyib.
Onun sözlərinə görə Ermənistan-Amerika münasibətlərinin ən zəif nöqtəsi ondan ibarətdir ki, Ermənistandan təcrübəsiz, diplomatiyanı başa düşməyən səfir var, ona görə də heç nə dəyişmir.
“Ermənistanın keçmiş səfiri Varujan Nersisyanın qurduğu xüsusi əlaqələr tamamilə itib. İndi Lilit Makunts yenidən həmin əlaqələri qurmağa başlamalıdır. Bunun iki problemi var. Birincisi odur ki, bu əlaqələrin qurulması çox vaxt aparacaq. İkincisi isə budur ki, diplomatik təcrübəsi olmadığına görə bu, onun həyata keçirə bilmədiyi peşəkar işdir”, - deyə Sasunyan qeyd edib.
Sasunyan vurğulayıb ki, Ermənistan Baş naziri Lilit Makuntsu ABŞ-a səfir göndərməklə səhv edib.
Alpər Mövludoğlu
Ordu.az