Ukraynada şəhər meri Rusiya hərbçiləri tərəfindən qaçırılıb

2022/03/1647023303.jpg
Oxunub: 723     22:10     11 Mart 2022    
Ukraynanın işğal olunmuş Melitopol şəhərində 10 nəfər rusiyalı hərbçisi şəhər meri İvan Fedorovu qaçırıblar.

Ordu.az xəbər verir ki, bundan əvvəl o, Rusiya ilə əməkdaşlıq etməyi rədd edib, habelə şəhərin humanitar fəlakətin astanasında olduğunu bildirib.

Daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalından bildirib ki, rusiyalı hərbçilər İ.Fedorovu böhran mərkəzində çalışdığı zaman aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin