Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın XİN başçısı tviterdə məlumat verib.
"AEBA-nın Baş direktoru Rafael Qrossi ilə Antalyada görüşərək Rusiyanın işğalı qarşısında Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək yollarını müzakirə etdik. Mən təkid edirəm: Avropada fəlakətin qarşısını almaq üçün Rusiya öz qoşunlarını Çernobıl və Zaporojye AES-dən dərhal çıxarmalıdır", - XİN başçısı tviterdə qeyd edib.
Ordu.az