"MAQATE Çernobıl AES-lə əlaqəni itirib" - Podolyak

2022/03/62221-1646401688.jpg
Oxunub: 689     11:19     09 Mart 2022    
“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) gözlənilmədən Çernobıl AES-in monitorinq sistemləri ilə əlaqəni itirib”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Bu səbəbdən indi heç kəs Çernobılda nə baş verdiyini bilmir, orada kimin nə ilə məşğul olduğunu və bunun regionun necə təhdid edəcəyini bilmir. Çox təhlükəli vəziyyətdir”, - o qeyd edib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Silahlı Qüvvələri Belarus istiqamətindən hücum edərək Çernobıl AES-i ələ keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çernobıl  


Bizi "telegram"da izləyin