“Rusiya missiyasız bir imperiyadır, son nizamsız hərəkətini edir” – ERMƏNİ EKSPERTLƏR

2021/03/c7e1f-1617008435.jpg
Oxunub: 1678     19:16     05 Mart 2022    
“Putin onun həqiqətən Rusiya missiyasının başa çatmaq üzrə olduğunu başa düşür”.

Ordu.az xəbər verir ki, Ermənistanın Mühafizəkarlar Partiyasının lideri Mikayel Hayrapetyan deyib.

Onun sözlərinə görə, Rusiya missiyası olmayan bir imperiyadır.

Hayrapetyan qeyd dib ki, tamam başqa dünya nizamı ilə iş var.

Ermənistan Ali Sovetinin keçmiş deputatı Azat Arşakyan Hayrapetyanın fikirlərini bölüşdüyünü deyib.

Onun sözlərinə görə, Putinin məqsədi Ukraynanı məhv etməkdir.

“Dövlətsizləşdirmə dövlətin dağılması deməkdir. Nüvə silahları şantajdır, lakin onların həyata keçirilə bilinməsi təhlükəsi var. Putin anqlosakslara bənzəmək istəyir”, - deyə Arşakyan qeyd edib.

Hayrapetyan və Arşakyan bildiriblər ki, Rusiya bu gün gündəmi diktə edən deyil, Qərbin gündəmi ilə hərəkət edir: “Rusiya ölənin son nizamsız hərəkətini edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin