Ukrayna DİN: De-fakto olaraq Enerqodarı ruslar idarə edir

2022/03/1646471410.jpg
Oxunub: 828     15:05     05 Mart 2022    
Rusiya qoşunları Zaporojye vilayətinin Enerqodar şəhərinə faktiki nəzarəti ələ alıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

Onun sözlərinə görə, “Enerqoatom” Zaporojye AES-in operativ idarə edilməsini davam etdirir.

Dövlət Nüvə Tənzimləmə Qurumunun məlumatına görə, Zaporojye AES-in müdafiəçiləri ilə rus işğalçıları arasında gedən döyüşlər zamanı istilik xəttlərinin zədələnməsi səbəbindən Enerqodarda istilik və isti su yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   DİN  


Bizi "telegram"da izləyin