Ukrayna XİN başçısı ölkədəki AES-lərin ətrafında təhlükəsiz zonalarının yaradılmasını təklif edib

2021/05/42330-1621097500.jpg
Oxunub: 832     18:03     04 Mart 2022    
Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkədəki atom elektrik stansiyalarının ətrafında təhlükəsiz zonasının yaradılmasını təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

Ukrayna XİN başçısı bildirib ki, ölkəsinin nüvə arsenalını bərpa etməsi ilə bağlı Rusiya rəsmilərinin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir.

"Bu, Ukraynadakı nüvə obyektlərini atəşə tutan Rusiyanın yalanıdır. Avropada fəlakətin qarşısını almaq üçün onların ətrafında təhlükəsiz zonalar yaradılmalıdır", Ukrayna XİN rəhbəri deyib.

Xatırladaq ki, martın 3-dən 4-nə keçən gecə Rusiya qüvvələrinin Ukrayanın Zaporojye AES-ə endirdiyi zərbə nəticəsində AES-in ərazisində yanğın qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna  


Bizi "telegram"da izləyin