BAEA-nın reaksiyası Ukraynanı məyus edib

2022/02/O5J2K-1645765515.jpg
Oxunub: 936     16:57     04 Mart 2022    
Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) reaksiyası bizi məyus etdi.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) Rusiya hərbi qüvvələrinin Zaporojye AES-ə zərbəsini pisləyən bəyanatında bildirilib.

Ukrayna XİN Zaporojyedə AES-in ərazisinin atəşə tutulması nəticəsində yanğın baş verdiyini və nəticədə itkilər olduğunu bəyan edib: “Hazırda yanğın söndürülüb. Zaporojye AES-in ərazisi, eləcə də Çernobıl AES hazırda Rusiya silahlı qüvvələrinin nəzarəti altındadır”.

Qeyd olunub ki, Zaporojye AES-in işçiləri enerji bloklarının vəziyyətinə nəzarət edir və radiasiya səviyyəsiz hazırda norma daxilindədir: “Zaporojye AES-in enerji bloklarında nüvə yanacağının soyudulması təhlükəsiz istismar üçün texniki qaydaların tələblərinə uyğun olaraq enerji bloklarının xüsusi sistemləri tərəfindən təmin edilir. Əgər hər hansı bir məqamda soyutma prosesi pozularsa, bu, geniş ərazilərdə radioaktiv zəhərlənməyə səbəb ola bilər və Avropanın ətraf mühiti üçün ağır nəticələrə səbəb olar. Minlərlə insan, o cümlədən hazırda davam edən atəş və döyüşlər səbəbindən zavodun yaxınlığındakı ərazidən təxliyə edilməyən mülki şəxslər bundan zərər çəkə bilərlər”.

Ukrayna XİN bildirib ki, Rusiya nüvə stansiyasına silahlı hücumu ilə beynəlxalq konvensiyaları kobud şəkildə pozub: “Verdiyi açıqlamada hücum edən tərəfdən bəhs etməyən BAEA-nin reaksiyasından məyus olmuşuq. BAEA-dan açıq və qətiyyətli addımlar tələb edirik.

Biz tərəfdaşlarımızı Rusiyanı öz silahlı qüvvələrini atom elektrik stansiyasından çıxarmağa və təhlükəsizlik zonası yaratmağa məcbur etmək üçün təcili addımlar atmağa çağırırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin