Emin Hüseynov: “BMT Baş katibinin müavininə Ağdamdakı urbisidin bariz nümunələrini göstərdik”

2021/12/emin-1639036853.jpg
Oxunub: 806     15:35     04 Mart 2022    
Bu gün BMT Baş katibinin müavini, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) İcraçı direktoru Maimuna Mohd Şərifə və onu müşayiət edən nümayəndə heyətinə Ağdam şəhərində törədilmiş urbisidin bariz nümunələrini göstərdik.

Ordu.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Bu səfər zamanı Ağdam və işğaldan azad olunmuş digər ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə onları da tanış elədik. Azərbaycan Hökumətinin bu bərpa prosesinə yanaşma şəklini və idarəetmə prinsipini izah elədik. Eləcə də bu təşkilatların Azərbaycan təcrübəsindən bəhrənə biləcəkləri məsələlər haqda fikir mübadiləsi apardıq. Ümid edirəm ki, qonaqların bu səfəri onlar üçün faydalı olacaq. Əlbəttə ki, bu torpaqlarda 30 il ərzində törədilmiş vandalizm faktları danılmazdır. Amma eyni zamanda, biz gələcəyə baxmalıyıq. Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz bu torpaqlarda gözəl şəhərlər, kəndlər, qəsəbələr quracaq. Bütün bunların məqsədi vətəndaşlarımızın tez bir zamanda dədə-baba torpaqlarına qayıtmasıdır. Məqsədimiz odur ki, Qarabağa həyat qayıtsın, necə ki proses artıq başlayıb və beynəlxalq təşkilatlar da buna şahiddir”, - Emin Hüseynov vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qarabağ  


Bizi "telegram"da izləyin